Ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


YAP Sabunçu Rayon Təşkilatının Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 51 (10 saylı musiqi məktəbi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının məsul əməkdaşları qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı.

Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Səadət İsmayılovanın, sədr müavinliyinə isə Sərxan Fətullayevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Səadət İsmayılova, sədr müavini isə Sərxan Fətullayev seçilib. Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

Əlaqəli Xəbərlər