“Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür”


Azərbaycanda 1990-cı illərdə həyata keçirilən aqrar islahatlar bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası idi. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüslər irəli sürüldü: “Bu sahədəki prosesi 2007-ci ilə qədərki və bundan sonrakı dövr olmaqla iki hissəyə bölə bilərik. 2007-ci ildən sonra ilk dəfə olaraq ölkəmizdə taxıl istehlakçıları subsidiyalaşdırıldı. Hazırda Azərbaycanda məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür.

Bu baxımdan, kənd təsərrüfatı bizim üçün vacib sahədir, o ərzaq təhlükəsizliyini təmin edir. Bu baxımdan nə olur olsun, ölkə, xalq heç vaxt ərzaq təminatı ilə sınağa çəkilməməlidir. Bu illər ərzində ölkəmiz heç bir vaxt ərzaq təhlükəsizliyi riski ilə üzləşməyib”.

Əlaqəli Xəbərlər