Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır. SİA xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
O, hazırda “Azəristiliktəchizat”ın subsidiya ilə fəailiyyət göstərdiyini qeyd edib: “Buna görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi üçün həm əlavə xərc çəkilməsi, həm də əlavə subsidiya ödənilməsi tələb olunur. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır. 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu, gəlirləri müəyyən qədər artırmağa imkan verib, bizim ildə təxminən 2 milyon manat əlavə gəlir əldə etməyimizə səbəb olub. 2025-ci il yanvarın 1-dən tariflər hər kv.m. üçün 30 qəpik civarında məyyən edilib. Bu da gəlirlərin iki dəfə artması deməkdir”.