“Azərbaycanda baza və illik inflyasiya arasında fərq əsasən bu ilin yanvar ayında tənzimlənmiş qiymətlərdən qaynaqlanır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar ayında Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azenerji” və “Azəristiliktəchizat” ASC-lərdən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiymətləri tənzimlənib.