ABŞ Çin mallarına gömrük rüsumlarını azaldacaq, lakin tarif sıfır olmayacaq”. SİA xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib. Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur. Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq”. Aprelin 23-də ABŞ-ın maliyyə naziri Skott Bessentin Çinlə ticarət müharibəsinin deeskalasiyasını gözlədiyi bildirilib . Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20% . Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.