Vyana məktəblərində İslam Xristianlığı üstələyib…



Dini özünüidentifikasiya azaldıqca…



2024-2025-ci tədris ilinin rəsmi statistikasına görə, Vyanada ibtidai və orta məktəblərdə xristianların nisbəti 34,5 faizə qədər azalıb.

Şagirdlərin 41,2 faizi isə özlərini müsəlman adlandırır.

SİA-nın məlumatına görə, bu, paytaxt sakinləri arasında ümumi dini identifikasiyanın azalması fonunda baş verir.

Xristian konfessiyaları arasında katolik məktəblilər 17,5 faiz, pravoslavlar 14,5 faiz, protestantlar isə 1,7 faiz təşkil edir. Vyana Şəhər Administrasiyası tərəfindən təqdim edilən bu rəqəmlər Avstriya paytaxtında əhəmiyyətli demoqrafik dəyişiklikləri əks etdirir.

İslamın statistikada birinci yeri müsəlmanların artması (ölkədə onların sayı 750 min nəfərdir) ilə deyil, özünü xristian kimi tanıdanların sayının azalması ilə bağlıdır. Müqayisəli təhlil göstərir ki, məktəblilərin 23 faizi dini mənsubiyyətini göstərməyib, digər dinlər, o cümlədən Buddizm (0,2 faiz) və Yəhudilik (0,1 faiz) isə minimal şəkildə təmsil olunub.

Son illərdə Avstriya hökuməti immiqrasiya siyasətini və dini birliklər üçün tələbləri sərtləşdirdi, lakin dini mənzərənin transformasiyası davam edir.

Əli Babayev

Əlaqəli Xəbərlər