Evdən qaçan uşaqların sayı niyə artır?


“Uşaqların evdən qaçma hallarına təəssüf ki, günümüzdə rast gəlinir. Evdən qaçan uşaqların böyük əksəriyyəti yeniyetməlik dövrü zamanı başlayır. Əlbəttə, səbəblər müxtəlif ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.

Fatimə Bayramova sözlərinə belə davam edib: “İlk növbədə, ailə olan yüksək nəzarət, yeniyetməyə körpə uşaq davranışı sərgilədikdə, onun seçimlərini heçə saydıqda yeniyetmədə ailədən uzaqlaşma halları müşahidə olunur. Qəlbən uzaqlaşan yeniyetmələr də bəzi hallarda da evdən qaçır. Çünki, yeniyetməlik dövrü onsuz da dostlarını ailədən ön plana çəkən dövrdür. Bu dövrdə onlar “nə desəm də anam/atam başa düşməz” məntiqi ilə hərəkət edib daha çox həmyaşıdları ilə ünsiyyət qururlar. Buna valideynlər şərait yaratmalıdır.

İnsan öz ünsiyyət təlabatını ödəməlidir. Digər evdən qaçma səbəbi həm kiçik məktəbli, həm yeniyetməlik dövründə ola bilər, səbəb isə zəif iradə ilə əlaqələndirə bilərik. Uşaq baxdığı filmlərin, seriallarınların təsiri altında olur. Üçüncü səbəb kimi, zorakılığı qeyd edərdim. Həm fiziki zorakılıq, həm də seksual zorakılıq. Bu zorakılıq halları yaşayan uşaqlar üçün ailə dəyəri olmur. Burda aqressorun yalnız ailədən yox, ailəyə yaxın qohumların uşağa vurduğu mənəvi və fiziki zərbə nəticəsində yaranır. Bu zaman uşaq valideynlərinə sevgisi olsa da, ailəyə qarşı aqressiv olur. İlk fürsətdə evdən qaça bilər”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər