İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Səfir Corc Dik və diplomatik nümayəndəliyin əməkdaşları bu gün Yom Haşoa günü (Holokost qurbanlarının anım günü) ilə əlaqədar bir araya toplaşıblar. Onlar Holokost zamanı qətlə yetirilmiş 6 milyon yəhudinin xatirəsini yad ediblər. Biz keçmişi xatırlayır, həqiqəti müdafiə edir və heç vaxt unutmamağa söz veririk”, – paylaşımda bildirilib.