Moskvada dayanacaqda yanan avtomobillər videoya düşüb…


Moskvada dayanacaqda 4 avtomobil yanıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

…Moskvada yaşayış binasının həyətində avtomobillər yanıb. SHOT-un məlumatına görə, Qrimau küçəsindəki evin yaxınlığında ən azı dörd avtomobil yanıb. Şahidlər bildiriblər ki, ilk olaraq SAAB alov alıb və yanğın yaxınlıqdakı park edilmiş avtomobillərə keçib.

Hadisə şahidləri hadisəni videoya çəkiblər. Görüntülərdə dayanacaqda yanan avtomobillər, alovun demək olar ki, avtomobilləri tamamilə əhatə etdiyi görünür.

Mənbənin sözlərinə görə, hadisə yerində təcili yardım xidmətləri işləyir.

Bundan əvvəl Moskvada avtomobilin yolun hərəkət hissəsində yanıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər