“Ulu Öndər Heydər Əliyev konstitusiyamızın memarıdır”

Aprelin 23-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Qəbələ rayon təşkilatı tərəfindən “Ulu Öndər Heydər Əliyev konstitusiyamızın memarıdır” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, YAP Qəbələ rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin vacibliyindən danışıb. O, qeyd edib ki,…

Daha çox

Azərbaycanın sikkələri “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq

MDB-nin baş katibi Sergey Lebedev beynəlxalq “Minnətdar nəsillərin canlı xatirəsi” layihəsi çərçivəsində toplanmış sikkələri paralimpiyaçı, xeyriyyə fondunun direktoru Aleksey Talaya təqdim edib. SİA xəbər verir ki, həmin sikkələr Moskvada “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq. Təqdim olunan pul nişanlarında MDB-yə üzv bütün dövlətlərin, o cümlədən Azərbaycanın da sikkələri yer alır. O, bu töhfələrin rəmzi mənasını xüsusi olaraq vurğulayıb: “Hər bir sikkə minnətdarlıq jesti, yaddaşın bir parçasıdır və müxtəlif ölkələrdən olan insanları birləşdirir.” Aleksey Talayın xeyriyyə fondu tərəfindən irəli sürülmüş “Minnətdar nəsillərin canlı xatirəsi” layihəsi MDB ölkələrindən yüz minlərlə ailənin…

Daha çox

Azərbaycan Prezidenti Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb. SİA xəbər verir ki, Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd edib. O bildirib ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını deyib. Prezident İlham Əliyev də öz növbəsində vurğuladı ki, bu gün münasibətlərimiz…

Daha çox

Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır

Fransanın keçmiş Afrika müstəmləkələrində nüfuzunu itirdiyi bir vaxtda Ankara bu qitədə təsirini artırır. SİA xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Məqalədə Fransa hərbçilərinin, bəzi hallarda isə diplomatlarının Mali, Niger, Çad, Burkina-Faso, Seneqal və Fil Dişi Sahilindən çıxarıldıqları xatırlanır. Nəşr qeyd edir ki, bu ölkələr bir neçə il öncə Fransanın əsas tərəfdaşları hesab olunurdu. Qəzet Burkina-Faso nümunəsini misal çəkib. Orada 2022-ci ilin sentyabrında hakimiyyətə gələn hərbçilər cəmi bir neçə ay sonra, yəni 2023-cü ilin yanvarında Parislə hərbi əməkdaşlıq sazişini ləğv edib və Fransanın səfirindən dərhal ölkəni tərk etməsini tələb…

Daha çox

Vatikanda 9 günlük matəm elan edildi

Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək. Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb. Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq.

Daha çox

“Sülh olmadıqca Ermənistan bu kimi təxribatlara yol açacaq”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadığı üçün Ermənistanın təxribatları davam edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, biz görürük ki, davamlı olaraq Ermənistan tərəfi atəşkəsi mütəmadi pozur: “Ermənistan Minsk Qrupunun ləğv edilməsi istiqamətində Azərbaycanın şərtini qəbul etmir. Bunun sülh müqaviləsi ilə birgə olmasını qeyd edir. Çünki Minsk Qrupunun varlığı konkret olaraq prosesi sabotaj edir. Sülh danışıqlarını və münaqişənin davam etdiyi görüntüsü yaranır. Bu, bir növ Ermənistanın Azərbaycana qarşı əlində “təzyiq” vasitəsidir. Bir tərəfdən də atəşkəs pozulur. Düşünürəm ki, atəşkəs mütəmadi olaraq Ermənistan tərəfindən pozulacaq. Ermənistan ordusunda…

Daha çox

Azərbaycan XİN Türkiyəni təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Qardaş Türkiyənin Böyük Millət Məclisinin açılışının 105-ci ildönümündə qardaş ölkəmizi və xalqını 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gün Türkiyə Respublikasının suverenlik prinsiplərinə, milli iradəyə və gələcəyimizin təminatçısı olan uşaqlara verilən dəyərin parlaq təzahürüdür. 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə Respublikasına davamlı inkişaf və rifah arzulayır, qardaş ölkəmizin banisi…

Daha çox

Tramp: Krım müzakirə mövzusu deyil

“Krım illər əvvəl Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib. “Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas…

Daha çox

“Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur”

“İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra hərbi-siyasi sahədə davamlı uğurlarımızı müşahidə etdik. Bu uğurlardan biri də Laçın Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin yaradılması oldu. Bu hadisə həm tarixi, həm də strateji baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Belə ki, Azərbaycan bununla öz ərazi bütövlüyünü tam bərpa etdi və suveren sərhədlərinə nəzarət hüququnu reallaşdırdı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib. Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Qarabağda yaşayan ermənilər üçün Laçın yolu humanitar məqsədlərlə açıq saxlanılmışdı: “Lakin çox təəssüf ki, Azərbaycanın bu humanist yanaşmasına qarşılıq olaraq separatçı qüvvələr…

Daha çox