“Azərbaycan və Çin Birgə Bəyanatda ortaq hədəfləri müəyyənləşdiriblər”

“30 ildən artıq müddətdir, Azərbaycanla Çin arasında qurulan diplomatik münasibətlər səmərəli nəticələr verməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. O bildirib ki, dünyanın iqtisadi nəhəngi sayılan Çinin Azərbaycana yüksək səviyyəli münasibəti səbəbsiz deyil: “Belə ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu, ilk növbədə dövlət başçımızın qətiyyətli lider kimi prinsipial mövqeyi və nüfuzu ilə əlaqədardır. Sözü imzası qədər dəyərli olan dövlət kimi Azərbaycanın dünyada yeri və rolu getdikcə möhkəmlənir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə dövlət səfəri bu…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.07% – 39,606.57 bəndədək, S&P 500 indeksi 1.67% – 5,375.86 bəndədək, Nasdaq indeksi isə 2.50% – 16,708.05 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 0.90% – 8,403.18 bəndədək, Fransanın CAC-40 indeksi 2.13% – 7,326.47 bəndədək, Almaniyanın DAX indeksi isə 3.14% – 21,961.97bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.22% artaraq 1.1341 dollar təşkil edib.

Daha çox

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Bakının bir çox yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 8. Yusif…

Daha çox

Mədət Quliyev bu postundan istefa verdi

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. SİA xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir. Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

Daha çox

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb

Bu gün dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır. Qrupun rəhbəri dünya şöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. SİA-nın bölgə müxbiri xəbər verir ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə…

Daha çox

Rusiya Kiyevə zərbə endirdi

Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bunu şəhər meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan 6-sı uşaqdır. “Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”, – deyə Kliçko qeyd edib.

Daha çox

Qazaxıstan və Pakistan hərbi əməkdaşlığı gücləndirir

Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov Astanaya rəsmi səfərə gələn Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, general Asim Munir ilə danışıqlar aparıb. SİA Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, son on ildə bu səviyyəli ilk görüşdür, bu da iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə marağın artdığını vurğulayır. Tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən sülhməramlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq, tibbi təminat, döyüş hazırlığı və xüsusi əməliyyat qüvvələrinin hazırlığını müzakirə ediblər. Qazaxıstan sülhməramlılıq üzrə beynəlxalq sazişi imzalamağa hazır olduğunu bildirib, bu da tərəfdaşlığın dərinləşdirilməsində mühüm addım olacaq. R.Jaksılıkov…

Daha çox