Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi…
Daha çoxDay: April 25, 2025
Bu ölkə “Sepah”ı terror təşkilatı kimi tanıdı
Paraqvay İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb. SİA xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Santyaqo Penya fərman imzalayıb. Paraqvay rəsmi olaraq “Sepah”ı terror təşkilatı kimi tanıyıb, eyni zamanda bu qərarı Fələstinin HƏMAS və Livanın “Hizbullah” təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki ki, rəsmi Asunsyon bu qərarı HƏMAS və “Hizbullah”ın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına aid edib. “Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır”, – Paraqvay lideri sosial şəbəkədə yazıb. Bundan başqa, dövlət başçısının…
Daha çox“Telegram” Fransa bazarını tərk edə bilər
“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur. SİA xəbər verir ki, “X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib. “Telegram” artıq…
Daha çoxYeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər
Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji…
Daha çoxRayonlarda yağış yağacaq, şimşək çaxacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi,…
Daha çoxVaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya
Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilir. SİA xəbər verir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli ölkələrin bayraqları ucaldılıb, “ASALA erməni terroruna görə cavab verməlidir”, “ABŞ Türkiyə-Ermənistan Tarixi Komissiyasını dəstəkləyir”, “Barışıq saxta ittihamdan yaxşıdır” kimi şüarlar səsləndirilib, terrorun qurbanı olan diplomat və ailələrinin fotoları nümayiş olunub, türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir…
Daha çoxO, ABŞ-ı Putinin şərtləri ilə Ukraynanı sülhə məcbur etməməyə çağıracaq
NATO baş katibinin Vaşinqtona səfəri aprelin 24-25-nə planlaşdırılıb. “Financial Times” mənbələrə istinadən yazır ki, NATO-nun baş katibi Mark Rutte ABŞ-a planlaşdırılan səfəri zamanı Vaşinqtonu Ukraynanı Rusiya ilə müharibəni nizamlamaq üçün razılığa gəlməyə onun iradəsinə qarşı məcbur etməməyə çağıracaq. SİA-nın məlumatına görə, Ruttenin səfəri aprelin 24-25-nə planlaşdırılıb. Alyansın mətbuat xidmətinin məlumatına görə, baş katibin ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə danışıqları planlaşdırılır. Ruttenin Vaşinqtona səfəri əsasən iyunda keçiriləcək NATO sammitinə hazırlıqla bağlı olacaq.…
Daha çoxBaykal gölündə buzun altından 4 ton neft dağılıb…
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Baykal Muzeyinin tədqiqatçıları Baykal gölündən bu il qeydə alınmış təbii neft axınının fotoşəkillərini təqdim ediblər. SİA-nın məlumatına görə, Baykal gölü üçün səciyyəvi olan bu neft şouları Buryatiyanın Suxaya kəndi yaxınlığında, qışda buz örtüyü altında yığılan neftin səthə çıxdığı yerdə aşkar edilib. Kəşf Baykal suitisinin tədqiqinə həsr olunmuş ekspedisiya zamanı gözlənilmədən baş verib. Baykal Muzeyinin hesabatında deyilir ki, bu təbii neft sızıntıları (ildə təxminən 4 ton) sənaye istehsalının nəticəsi deyil və Baykal gölünün geoloji proseslərini, eləcə də ekologiyasını anlamaq üçün öyrənilən müstəsna təbiət hadisəsini təmsil edir.…
Daha çoxÇinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib
Çinin “Şencou-20” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie stansiyaya keçərək, “Şencou-19”un 6 aydır stansiyada olan astronavtları ilə görüşəcəklər. Qeyd edək ki, “Şencou-20” missiyasını kosmosa aparan daşıyıcı raketin buraxılışı aprelin 24-də yerli vaxtla saat 17:17-də Ciuquan kosmodromunda baş tutub. Buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olub.…
Daha çoxHelikopterdən atılan atəşlə 700 koala öldürülüb…
Heyvanlar snayperlər tərəfindən güllələnib… …Avstraliyanın milli parklarından birində hökumətin sifarişi ilə 700-ə yaxın koala güllələnib. Səlahiyyətlilər bu yolla meşə yanğınları nəticəsində yanan və yaralanan heyvanların əziyyətini dayandırmağa çalışıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Koalaların məhv edilməsi əməliyyatı aprelin əvvəlində Viktoriya ştatındakı Budj Bim Milli Parkında kütləvi meşə yanğınlarının 2000 hektardan çox ərazini məhv etməsindən sonra başlayıb. Heyvanlar helikopterlərdə snayperlər tərəfindən vurulub. Meşə yanğınlarından sonra milli parkdakı koalaların bir hissəsi xeyli əziyyət çəkib: heyvanlar tükənib, susuz qalıb,…
Daha çox