Əjdər İsmayılov xatirələrdə yaşayır

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in nümayəndəsi, professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib. YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Əjdər İsmayılovun doğum günü münasibətilə təşkil olunan “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda tədbiri yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir. O qeyd edib ki, “91-lər” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi yaradan, dövlətçiliyimizi və müstəqilliyimizi qorumaq uğrunda prinsipial mövqe…

Daha çox

Amerikalı reper məhbuslara İslamı qəbul etməyə kömək edir…

…Hazırda Los Anceles təcridxanasında həbsdə olan və məhkəməni gözləyən məşhur reper Lil Dyerk məhbus yoldaşları arasında İslamı dininin özəllikləri barədə danışıqları ilə böyük rəğbət qazanıb. SİA-nın məlumatına görə, bu barədə onun atası Dontey Benks “The Breakfast Club”a müsahibəsində danışıb. …İnsan olaraq kamerada oturursan, dörd divara baxırsan… Bu, sənə təsir edir, amma sən həmişə əsas məsələyə qayıdırsan… Allahın indi bizim üçün etdiyi şey onların bizi sındırmaq cəhdlərindən daha yaxşı və vacibdir. Dyerk mənə dedi ki, o, bura gələndə blokda dörd müsəlman var idi. İndi isə onların sayı on yeddi nəfər olub.…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam edir…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox

“Trampın Ukrayna sazişinin iki bəndi Aİ üçün qəti şəkildə qəbuledilməzdir”

Bu barədə artıq ABŞ prezident administrasiyası məlumatlandırılıb… …Donald Tramp administrasiyası Kiyevə Moskva üçün çox əlverişli şərtlərlə sövdələşmə planı təqdim etdi. Bununla belə, ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir. SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazıb. Nəşrin qeyd etdiyi kimi, prezident Vladimir Zelenski Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi hər hansı ərazi üzərində suverenliyini tanımaqdan imtina edib..? …Tramp Zelenskinin mövqeyini tənqid edib və bunu onun sülh səylərinə “çox zərərli” və “qıcıqlandırıcı” adlandırıb. …O,…

Daha çox

Ekspert Ukraynada münaqişənin nə vaxt bitəcəyini söylədi..?

Delaver: Xüsusi hərbi əməliyyat Rusiya Federasiyasının şərtləri ilə Milad bayramına qədər tamamlanacaq …Ukraynada münaqişə Milad bayramına qədər bitə bilər. Lakin bu, təzyiq və Kiyevi Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməklə baş verəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Fransa Xarici legionunun istefada olan generalı Dominik Delavard deyib. Onun sözlərinə görə, sülh Milad bayramına qədər olacaq, lakin bu, döyüş meydanında silah gücünə və Ukraynanı şüurlu məcburetmə ilə əldə olunacaq. Fransalı general hesab edir ki, imzalanacaq sülh müqaviləsinin şərtlərini Rusiya müəyyən edəcək. …Delavard qeyd edib…

Daha çox