Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir. Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib: – yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının…

Daha çox

ABA və Azərbaycan Qiymətləndiricilər Palatası birgə İşçi Qrup yaradıb

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Qiymətləndiricilər Palatası” İctimai Birlikləri qarşıya çıxacaq məsələlərin operativ həll edilməsi və tərəflər arasında kommunikasiyanın təmin edilməsi məqsədi ilə birgə İşçi Qrupu yaradıb. SİA bu barədə ABA-ya istinadən xəbər verir. Məlumata görə, Assosiasiya və Palatanın rəhbərliyi, üzv bankların və aidiyatı sturuktur bölmənin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib. Görüşdə Palatanın fəaliyyəti haqqında məlumat verilib, qiymətləndiricilərin və bankların maliyyə sektorundakı fəaliyyətləri və qarşılıqlı əlaqələri, hər iki tərəfi maraqlandıran məsələlərin birgə müzakirəsi aparılıb. ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif…

Daha çox

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. SİA xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib…

Daha çox

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

Daha çox

“Sahibkarlar günü”nə həsr olunmuş konfrans keçirilib

Bu gün Gülüstan sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri və sahibkarlar iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, 25 aprel Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. Bu tarix 2002-ci ilin aprelində ümummilli…

Daha çox

Milli Məclisin deputatları NATO PA-nın seminarında iştirak edəcəklər

Milli Məclisin deputatları – Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib. Bildirilib ki, tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən…

Daha çox

Anar Əliyev Ağstafada vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Daha çox

Azərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib

2024-cü ildə Azərbaycanda Vergi ombudsmanına 88 vergi ödəyicisi müraciət ünvanlayıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual…

Daha çox

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının aprelin 25-də açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Baş prokurorluqdan məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və…

Daha çox