Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur. Məlum olduğu kimi, bu il anadan olmasının 102 illiyini qeyd edəcəyimiz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Təsadüfi deyil…
Daha çoxDay: April 25, 2025
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…
Daha çoxBakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Mayın 13-15-də Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (AEF) keçiriləcək. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, AEF qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir, Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədi daşıyacaq, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından…
Daha çoxSahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü” və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. SİA-nın məlumatına görə, müraciət sahibkarlar adından “Pasha Holding” MMC-nin Hüquq üzrə rəhbəri və Komplayens Departamentinin direktoru Aytac Qasımova tərəfindən səsləndirilib.
Daha çox“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, xüsusi cari hesabların sayı 7-dən 9-a çatdırılıb. Yeni hesablar aşağıdakı kimidir: – elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab – elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.5-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərməsi; – elektron pulun emissiyası və elektron pul ilə ödəniş…
Daha çoxAzərbaycan Dünya Bankı və IMF-in Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun iclasında iştirak edib
ABŞ-də işgüzar səfərdə olan Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti paytaxt Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Yaz Toplantıları çərçivəsində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, AMB sədrinin I müavini Əliyar Məmmədyarov toplantıda çıxışı zamanı ölkənin makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf trendləri barədə məlumatı diqqətə çatdırıb. O, Dwnya Bankı və IMF ilə uzunmüddətli səmərəli tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantıda Seçki Qrupuna üzv ölkələrin dövlət və hökumət rəsmiləri, Dünya Bankı və IMF-in rəhbər…
Daha çoxDünyanı xilas edə biləcək çağırışlar
Dünyanı xilas edə biləcək çağırışlar
Daha çoxKənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edib
Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edərək onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, Azərbaycanda yazlıq əkinləri dövlət subsidiyalaşdırır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır. “Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər. Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Yazlıq əkinlərin…
Daha çoxXarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır
Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. “Son illər ölkəmizdə qəbul olunmuş qanunlar xarici investorların cəlb edilməsi üçün mühüm sənədlərdir. Eyni zamanda bu sahədə sahibkarların da aktivliyinə ehtiyac var”, – deyə o qeyd edib.
Daha çoxSahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. SİA xəbər verir ki, “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları…
Daha çox