Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.23% – 40,093.40 bəndədək, S&P 500 indeksi 2.03% – 5,484.77 bəndədək, Nasdaq indeksi isə 2.74% – 17,166.04 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0.05% – 8,407.44 bəndədək, Fransanın CAC-40 indeksi 0.27% – 7,502.78 bəndədək, Almaniyanın DAX indeksi isə 0.47% – 22,064.51 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.45% artaraq 1.1339 dollar təşkil edib.

Daha çox

“Bakı-Pekin strateji tərəfdaşlığı davamlı xarakter daşıyır”

“Azərbaycanla Çin arasında münasibətlər hər zaman yüksək səviyyədə olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir: “Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi…

Daha çox

Trampın komandasında fikir ayrılıqları yaranıb..?

Enerji dominantlığı ilə məşğul olan insanlar arasında daxili mübahisə gedir… …Xəbər verildiyi kimi, Ağ Ev Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı müzakirələr çərçivəsində Rusiyanın “Şimal axını 2” qaz kəməri və ola bilsin ki, Rusiyanın Avropadakı digər aktivlərinə qarşı sanksiyaların ləğvini müzakirə edir. SİA-nın məlumatına görə, bu barədə “Politico” müzakirələrlə tanış olan beş nəfərə istinadən xəbər verir. Eyni zamanda ABŞ hökuməti daxilində də bu məsələ ilə bağlı mübahisələr gedir. Nəşr qeyd edir ki, Rusiyanın qaz yataqlarını Qərbi Avropa ilə birləşdirən əsas boru kəmərlərindən birinə…

Daha çox

Medvedev Haaqa Cinayət Məhkəməsinə alternativ yaratmaq təklif edir…

BRICS çərçivəsində..? …Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “İtirilmiş illüziyalar və ya Beynəlxalq Cinayət Məhkəməsi necə hüquqi etibarsızlığa çevrildi” məqaləsində BRICS çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinə alternativ yaratmağı təklif edib. SİA-nın əldə etdiyi məlumata görə, məqalə Sankt-Peterburq Dövlət Universitetinin “Hüquq” jurnalının bu il ilk nömrəsində dərc olunub. …Onun sözlərinə görə, məsələn, BRİKS çərçivəsində Haaqa Cinayət Məhkəməsinə alternativ qurumun yaradılması konsepsiyasının işlənib hazırlanması tamamilə mümkün görünür,.. həm də regionlararası səviyyədə… Medvedev qeyd edib ki, BRİKS-in yeni məhkəmə orqanı ölkələrin BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlət başçılarının…

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0.53% azalaraq 3,330.80 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,43% azalaraq 33.68ABŞ dollarına bərabər olub.

Daha çox

Psixoloqlar sui-qəsd nəzəriyyələrinə inanmağın əsas səbəbini açıqlayıblar

İnsanlar niyə sui-qəsd nəzəriyyəçisi olurlar? …Amerikalı sosial psixoloq, Kollec Parkdakı Merilend Universitetinin professoru Ari Kruqlanski insanların sui-qəsd nəzəriyyələrinə və radikal ideologiyalara inamına həsr olunmuş araşdırma təqdim edib. Alim öz tapıntılarını Taylor & Francis (T&F) tərəfindən nəşr olunan “Əhəmiyyət axtarışında” kitabında yazıb. Jurnalist Dan Ravivlə həmmüəllif olan Kruqlanski onilliklər ərzində aparılmış psixoloji araşdırmaları təhlil ediblər. Müəlliflər belə qənaətə gəliblər ki, qeyri-müəyyənlik şəraitində insanlar mürəkkəb suallara sadə cavablar təklif edən ideyalara qarşı xüsusilə həssas olurlar. …Adi dayaqlar – maliyyə sabitliyi, təhlükəsizlik, sağlamlıq – süqutu dəstəkləyəndə insan öz…

Daha çox

Hindistan Hind çayının Pakistana axınını kəsib

Hindistan bəndlər və kanallar vasitəsilə suyun axmasına nəzarət edən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axınını kəsib. SİA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu, 1960-cı ildə Hind Suları Sazişinin imzalanmasından sonra ilk belə blokada halıdır. Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə…

Daha çox

ÜST vəba ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub. Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam…

Daha çox