Xalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır?


“Bildiyiniz kimi bu fəxri ad məsələsi Azərbaycanda hər zaman müzakirə olunub. Bəzən kimlərəsə fəxri ad verilərkən mübahisələndirilir. Fəxri ad daşıyan insanların bu adlara nə qədər, nə dərəcədə haqq etməsi ilə bağlı mübahisələndirmələr olur. Təcrübə onu göstərir ki, bir sıra hallarda xalq artisti verilən şəxslər xalq artisti və ya digər fəxri adları, öz davranışları ilə, həyat tərzləri ilə, xidmətləri ilə doğrulda bilmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, ictimaiyyət arasında haqlı müzakirələrə yol açır. Çünki xalq artisti və ya digər fəxri adlar fəaliyyət göstərdiyi sahədə, sferada peşəkarlıq baxımından örnək fəaliyyət göstərən, sənətə, peşəyə töhvə verən, eyni zamanda öz örnək fəaliyyəti ilə xalqın həyatına qatqısı olan insanlara verilməlidir: “Çünki fəxri adları daşıyanlar həm də, bəlirli bir dövlət və ictimai peşə sahələrində də, çalşırlar. Bu adı qazanmaqla onlar hansısa bir dövlət və ya ictimai işlərdə də, bəlirli bir status daşımaq haqqı əldə edirlər. Ona görə də, onların portret cizgilərinə, yəni davranışlarına, həyat tərzlərinə xüsusi tələblər olmalıdır. Bu kriteriyaları, meyyarları özündə ehtiva etməyən sənətçilər, peşə adamları əməkdar artist və ya xalq artisti kimi fəxri adların təqdim olunması məqsədə uyğun deyil. Çünki nümunələr var ki, bu fəxri adları daşıyır, lakin bu daha çox kütlə üçün maraqlıdır. Xalq isə kütlədən fərqlidir. Xalq daha rasional, daha dərin dəyərləri özündə ehtiva edən milli-mənəvi dəyərləri ehtiva edən bir hadisədir. Bu baxımdan xalq artisti və ya digər fəxri adlar verilərkən hesab edirəm ki, həm ekspert sorğuları əsasında, həm də xalq arasında sorğu keçirtmək lazımdır. Lakin obyektiv və vicdanlı şəkildə bu sorğuları keçirtmək lazımdır. Həm də, peşəkarlar arasında sorğu keçirtmək lazımdır ki, həmin adam bu fəxri adı haqq edirmi, ona fəxri ad vermək olar yoxsa vermək olmaz. Həm peşəkar fəaliyəti, həm də cəmiyyətdə nüfuzu, hörməti, özünü aparmağı baxımından bu meyyarlar əsasında həmin adam görəsən bu fəxri adı almaqı haqq edirmi. Mənim fikrimcə bu məsələlər mütləq olmalıdır. Xalq artisti və digər fərqli adlar ətrafında olan məsələlərə də, mübahisələrə də, eyni zamanda şairlərə də, mən düşünürəm ki, işıq salınmalıdır, araşdırılmalıdır. Bəzən görürsən ki, xalqın həqiqi sevgisini qazanan, xalq qarşısında töhvəsi olan, sənətə töhvə verən insanlar qalır kənarda, xalqın gözləmədiyi bir şəxs fəxri ada layiq görülür. Məsəl üçün Süleyman Abdullayev kimi, Sabir Mirzəyev kimi, Azərbaycan musiqi sənətinə töhvə vermiş insanlar xalq artisti adına layiq görülməli təqdirdə, misal üçün xalq artisti adını daşıyan bu gün şəxslər var ki, onlar bu fəxri adları haqq etmir. Cəmiyyət arasında belə bir yanaşma var. Ona görə bu xalq artistləri və digər fəxri adları təqdim edərkən, onların təqdimatını verərəkən bu məsələyə aid məqamları nəzərə almaq lazımdır ki, sənətə nə qədər xidmət eliyir, cəmiyyətə, xalqa nə qədər xidmət eliyir və bu adı nə dərəcədə mənəvi cəhətdən haqq eliyir və özünü necə doğruldur”.

Əlaqəli Xəbərlər