Xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır


Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

“Son illər ölkəmizdə qəbul olunmuş qanunlar xarici investorların cəlb edilməsi üçün mühüm sənədlərdir. Eyni zamanda bu sahədə sahibkarların da aktivliyinə ehtiyac var”, – deyə o qeyd edib.

Əlaqəli Xəbərlər