Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 25-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və…
Daha çoxDay: April 26, 2025
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib…
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gəlib. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq. 18:41 Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gəlib. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat…
Daha çoxKaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub
“Tagesschau”: Azərbaycan – Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb.…
Daha çoxABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər
Rusiya və ABŞ Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən söyləyib. Y. Uşakovun sözlərinə görə, söhbət üç saat davam edib, konstruktiv və faydalı xarakter daşıyıb və təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin daha da yaxınlaşmasına imkan yaradıb. “Ukrayna böhranına gəlincə, söhbət əsasən Rusiya Federasiyası və Ukrayna nümayəndələri…
Daha çoxİlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı. ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi. Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində…
Daha çoxMedia Jirinovskinin daha bir “peyğəmbərliyini” xatırladır…
O vaxt o, Hindistan və Pakistan arasında nüvə münaqişəsi ilə bağlı da danışmışdı… …Uzunmüddətli perspektivdə ekspert proqnozları ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovski hələ 20 il bundan əvvəl Hindistan və Pakistan arasında mümkün nüvə münaqişəsi barədə xəbərdarlıq etmişdi. SİA-nın məlumatına görə, bunu “Voennoye Delo” teleqram kanalı yazır. Deməli, hələ o vaxt LDPR lideri qeyd edib ki, 200 milyondan çox insan Hind-Pakistan müharibəsinin qurbanı ola bilər və bu, Qərbin son məqsədi Çin və Rusiyanı zəiflətmək olan qlobal xüsusi əməliyyatın bir hissəsi kimi düşünülüb. Bir çoxları Jirinovskinin…
Daha çoxİlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar. Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər. Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların…
Daha çoxÇin ABŞ-ın bəzi idxal mallarına 125 faizlik rüsumlardan imtina edə bilər
Bloomberg təfərrüatları açıqlayıb…. …Çin hökuməti bəzi ABŞ mallarına tətbiq edilən 125%-lik gömrük rüsumunu dayandırmağı düşünür. Qərar qarşılıqlı ticarət məhdudiyyətləri səbəbindən bəzi sənaye sahələrinin üzləşdiyi iqtisadi itkilər fonunda müzakirə edilir. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Səlahiyyətlilər tibbi avadanlıq və etan kimi bəzi sənaye kimyəvi maddələrinə əlavə rüsumları ləğv etməyi düşünürlər, mənbələr bildirib. Təyyarələrin icarə ödənişlərinin rüsumlardan azad edilməsi imkanları da müzakirə olunur. Dünyanın bir çox hava yolları kimi, Çin daşıyıcıları da bütün donanmalarına sahib deyil və bəzi təyyarələri üçüncü tərəflərdən…
Daha çox“Avropa Birliyi Azərbaycanla münasibətlərin bərpasında maraqlıdır”
“Kaya Kallasın səfəri cənab Prezidentin Çinə səfərinin ardınca baş verir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, bu həm də Azərbaycana İran prezidentin gözlənilən səfəri öncəsidir: “Onun ardınca da, İsrailin baş nazirinin Azərbaycana səfərə gələcəyi haqqında xəbərləri oxuyuruq. Faktiki olaraq Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünyanın ən super gücləri o cümlədən də, təbii ki, Avropa Birliyi Azərbaycanla yaxınlaşmaqda, intensiv münasibətlərdə çox maraqlıdır. Azərbaycan coğrafi cəhətdən balaca bir dövlət kimi görünə bilər. Müqayisədə iqtisadi imkanları Fransa, Almaniya, Yaponiya, Amerika Birləşmiş Ştatları ilə müqayisə edilə bilməz. Amma buna…
Daha çoxUkrayna hakimiyyətinin işi vətəndaşların maraqlarına uyğun gəlmir
…Prezident Vladimir Zelenski və komandası Ukraynanın mövcudluğunu dayandırmaq üçün hər şeyi edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın “Bilik” cəmiyyətinin rəhbəri Maksim Dreval deyib. Onun fikrincə, Kiyev rejiminin son 10 ildə etdiyi hər şey Rusiyanı təxribata çəkir. Lakin bu, Ukraynanın özünə sərf etmir. Zelenski və komandası ölkələrinin unudulmasını təmin etmək üçün hər şeyi edir. RİA Novosti xəbər verir ki, Dreval Ukrayna hakimiyyətinin işinin vətəndaşların maraqlarına uyğun olmadığını vurğulayıb. O qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlara görə xeyli sayda ukraynalı orden və medallarla təltif edilib.…
Daha çox