Bu ilin I rübündə Azərbaycan 11 min 889 ton əd idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 24 milyon 824 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 259 ton (2,2 %) çoxdur, dəyər baxımından isə 556 min ABŞ dolları (2,1 %) azdır.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.