Çexiyada qızıl xəzinəsi tapılıb


Çexiyanın Dvur şəhəri yaxınlığındakı alçaq dağın yamacında iki turist 300,6 min avro dəyərində olan xəzinə aşkar edib. SİA xəbər verir ki, içərisində ümumi çəkisi 7 kiloqram olan qızıl sikkələr, zinət əşyaları və digər əşyalar olan iki qutu turistlər tərəfindən hadisə yerinə çağırılan polisə təhvil verilib. Daxili İşlər Nazirliyinin arxeologiya şöbəsi 3,7 kiloqramlıq sikkələrin qızıl olduğunu bildirib. Alimlər xəzinədən tapılan digər metal əşyaları tədqiq edirlər. Qutular XX əsrdə tərk edilmiş meşə sahəsinin kənarında süni şəkildə yaradılmış daş kurqanda gizlədilmişdi.

Kənarı təpənin səthindən yuxarı çıxan alüminium qutuda 11 sütuna bölünmüş və parçaya bükülmüş cəmi 598 sikkə olub. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, birincidən bir metrə yaxın məsafədə tapılan metal qutunun içərisində sarı metaldan hazırlanmış əşyalar – 16 tütün qutusu, on qolbaq, incə məftildən hazırlanmış çanta, daraq, brelok və pudra qabı olub.

Əlaqəli Xəbərlər