HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı Qahirədə danışıqlar aparır


HƏMAS-ın Qahirəyə göndərdiyi nümayəndə heyəti misirli həmkarları ilə Qəzzə zolağında atəşkəsi müzakirə edir. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram-kanalında paylaşılıb.

“HƏMAS rəhbərliyinin nümayəndələri aprelin 26-sı səhər saatlarında Qahirəyə gəliblər. Artıq Misir rəsmiləri ilə Qəzzada atəşkəs və hərtərəfli razılaşma çərçivəsində İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsi barədə danışıqlara başlayıblar”, – məlumatda bildirilib.

Əlaqəli Xəbərlər