Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən…
Daha çoxDay: April 26, 2025
Şimali Koreyada yeni nəsil ilk esmines suya buraxılıb
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Hərbi Dəniz Qüvvələrinin yeni nəsil ilk esminesinin suya salınması mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Nampho gəmiqayırma tərsanəsində keçirilən mərasim Koreya Xalq Ordusunun yaradılmasının ildönümündə baş tutub. Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Ço Çxun Ryonun sözlərinə görə, gəmi ən güclü silahlarla təchiz edilib.
Daha çoxÖtən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”. Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420,…
Daha çoxAzərbaycan ət idxalını 2 %-dən çox artırıb
Bu ilin I rübündə Azərbaycan 11 min 889 ton əd idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 24 milyon 824 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 259 ton (2,2 %) çoxdur, dəyər baxımından isə 556 min ABŞ dolları (2,1 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
Daha çoxQazaxıstanda “Mərkəzi Asiya-Çin” formatında XİN başçılarının görüşü başlayıb
Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiya-Çin” formatında xarici işlər nazirlərinin VI görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi(XİN) xəbər verir. İclas zamanı iştirakçılar siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı aktual məsələləri müzakirə edəcəklər. Bundan əlavə, iclasın gündəliyinə müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə, həmçinin regionda dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi daxildir.
Daha çoxAraz çayında suyun səviyyəsi artıb
Araz çayının yuxarı axımında suyun səviyyəsi 41 sm artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Daha çoxPakistanda genişmiqyaslı anti-terror əməliyyatı keçirilib
Pakistan silahlı qüvvələri Xayber-Paxtunxva əyalətinin Bannu rayonunda genişmiqyaslı anti-terror əməliyyatı keçirib. Əməliyyat nəticəsində azı altı terrorçu məhv edilib, daha dördü yaralanıb. SİA xəbər verir ki, bu barədə “Geo TV” kanalı İslam Respublikasının silahlı qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Qurumlar arası Xidmətinə (ISPR) istinadən məlumat verib. Bildirilir ki, Pakistan hərbçilərinin hədəfi ölkədə qadağan edilmiş “Fitna əl-Xavaric” qruplaşmasının ekstremistləri olub ki, bu qruplaşma əvvəllər “Təhriki Talibani Pakistan” (“Pakistan Taliban Hərəkatı”) kimi tanınırdı. ISPR-in məlumatına görə, döyüşçülərlə şiddətli toqquşma zamanı Pakistan ordusu altı terrorçunu məhv etməyə və daha dördünü yaralamağa müvəffəq olub. Hazırda atışma…
Daha çoxAprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib. SİA xəbər verir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyətin ritmini hiss et” mövzusuna həsr edilib. Beynəlxalq Əqli Mülkiyyət Günü Azərbaycanda da qeyd olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə…
Daha çoxAzərbaycan nefti bahalaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,79 % artaraq 68,55 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,5 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,55 ABŞ dolları və ya 0,83 % artaraq 66,82 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxUkrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir
“Ukrayna üçün Avropa İttifaqına (Aİ) qoşulmaq hələ tezdir”. SİA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Sabahın xeyir, Macarıstan” televiziya proqramında çıxışında deyib. Onun sözlərinə görə, Brüssel Ukraynanı israrla ümumavropa dövlətlər ailəsinə sürükləmək istəyir. “Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa Parlamentində bildirib ki, Ukraynanı 2030-cu ilə qədər Aİ-də görmək istəyir. Bu, artıq bizim qapımızın zənginin çalındığı deməkdir. Ola bilsin ki, 20, 30, 40 ildən sonra Ukrayna qoşulmaq üçün həqiqətən də lazım olan şərtləri yerinə yetirə biləcək və eyni zamanda da Macarıstanın iqtisadiyyatını məhv etməyəcək. Lakin…
Daha çox