Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: “Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir. Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq…
Daha çoxDay: April 26, 2025
BVF Ukraynada münaqişənin bitməsi ilə bağlı proqnoz verib…
…Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə bitəcəyini gözləyir. Bu məlumatlar təşkilatın son hesabatından irəli gəlir. SİA-nın məlumatına görə, BVF hazırda Ukrayna əhalisinin 32,9 milyon nəfər olduğunu və münaqişənin sona çatmasının xaricdən gələn qaçqınların qismən geri qayıtmasına gətirib çıxaracağını təxmin edir. 2026-cı ilə qədər ölkə əhalisinin 33,4 milyon nəfərə yüksələcəyi gözlənilir. 2022-ci ilin fevralına qədər BVF-nin hesablamalarına görə, Ukrayna əhalisinin sayı 41 milyon nəfər olub. Martın 29-da Beynəlxalq Valyuta Fondu baza ssenarisində Ukraynadakı münaqişənin 2025-ci ilin son aylarında bitəcəyi ilə bağlı proqnoz verib. … Risklərin son dərəcə yüksək…
Daha çoxAzərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Daha çox“Milli Qəhrəman Albert Aqarunovun anım günü keçirilir”
Bu gün Four Seasons hotelində Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun anım günü keçirilir. SİA xəbər verir ki, tədbirdə millət vəkilləri, mədəniyyət xadimləri, rəsmi şəxslər, media nümayəndələri iştirak edirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Albert Aqarunovun əziz xatirəsi yaddaşımızda vətənpərvərlik və Vətənə sədaqət rəmzi kimi əbədi olaraq qalacaqdır.
Daha çoxRada Krımın Rusiya kimi tanınmasının nəticələrini açıqlayıb
…Əgər ABŞ Krımı Rusiya kimi tanısa, Rusiyaya qarşı bütün sanksiyalar aradan qaldırılacaq. SİA-nın məlumatına görə, bunu Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi, deputat Roman Kostenko jurnalist Nataliya Moseyçuka “YouTube”da dərc olunan müsahibəsində deyib. …Əgər ABŞ tərəfindən tanınsa, o zaman bu sanksiyalar aradan qaldırılacaq və ola bilsin ki, digər ölkələr də onları ləğv etməyə məcbur olacaqlar, -deyə o vurğulayıb. Parlamentari ABŞ-ın belə bir addımının Rusiya iqtisadiyyatını “sürətləndirməyə” kömək edəcəyini vurğulayıb. Əli Babayev
Daha çox“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin kosmik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Plan-S” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. SİA “Azərkosmos”a istinadən xəbər verir ki, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub. Tərəflər arasında əldə edilən razılaşma, “Plan-S” şirkətinin “Connecta IoT” adlı innovativ peyk şəbəkəsinin Azərbaycanda tətbiqinə dair kommersiya fəaliyyətlərinə start verilməsini və gələcək əməkdaşlıq üçün ümumi çərçivənin formalaşdırılmasını nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal və kosmik texnologiyalar sahəsində inkişafını dəstəkləməklə yanaşı, regionda peyk əsaslı IoT (Əşyaların…
Daha çoxAzərbaycan XİN başçısı ATƏT-in Baş katibini qarşılayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb. Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar. ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.
Daha çoxGülnarədən müsadirə olunan 100 milyon dollar…
…Özbəkistan hakimiyyəti İsveçrədə Gülnarə Kərimovadan müsadirə olunmuş aktivlərdən daha 95 milyon dolları dövlət xəzinəsinə qaytarmağa müvəffəq olub. SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Maliyyə Nazirliyinin rəis müavini Otabek Fozilkərimov bildirib. …Ümumilikdə Daşkənd Özbəkistanın keçmiş prezidentinin böyük qızı, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və mütəşəkkil cinayətkar qrup yaratmaq kimi bir sıra cinayətlərə görə həbsdə olan Gülnarə Kərimovaya məxsus 131 milyon dolları geri qaytarmaq barədə Bernlə razılaşıb. …Fozilkərimov aydınlaşdırıb ki, büdcəyə qaytarılan vəsaitlər səhiyyə və təhsil sahələrində layihələrin həyata keçirilməsinə sərf olunur. Eyni zamanda, respublika Kərimovadan müsadirə olunmuş aktivlərin Belçika ilə qaytarılması…
Daha çoxAzərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişib
Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişib
Daha çox“Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir”
Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Qəbələ rayon təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-də keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ…
Daha çox