Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. Bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib. Baş nazir bildirib ki, bu gün Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb. “Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək. Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın “Naftogaz”…
Daha çoxDay: April 26, 2025
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib
Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan ticarət pavilyonlarının açılış mərasimi keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə pavilyonların rəmzi açılışını bildirən lent kəsilib. Sonra qonaqlar ticarət pavilyonları ilə tanış olublar. Açılışda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün türk dövlətləri arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin sıx iqtisadi münasibətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçılarının yorulmaz fəaliyyəti nəticəsində türk dövlətləri inkişaf edir. “Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında ticarət…
Daha çoxPrezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib. Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.
Daha çoxRuslar hələ də ümidlidirlər..?
Ruslar hələ də ümidlidirlər..?
Daha çoxAZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir. Qeyd edək…
Daha çoxQanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib
Qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi…
Daha çoxZelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
“Ukrayna qanuni olaraq heç bir müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın ərazisi kimi tanımayacaq və bu mövqe dəyişməz olaraq qalır. Ölkənin NATO-ya daxil olması isə Alyansın bütün üzvlərinin dəstəyindən asılıdır”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib. “ABŞ Prezidentinin bəyanatını ətraflı şərh etmək istəməzdim. Bizim mövqeyimiz dəyişməzdir – hansı ərazilərin Ukraynaya aid olduğuna yalnız Ukrayna xalqının qərar vermək hüququ var. Ukrayna Konstitusiyasında isə deyilir ki, bütün müvəqqəti işğal olunmuş ərazilər müvəqqəti işğal olunub, onların hamısı Ukraynaya məxsusdur”, – deyə Zelenski bildirib. Prezidentin fikrincə…
Daha çoxVizasız rejim Çin və Azərbaycan arasında turizmə təkan verəcək
Biz Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ilə çox sıx əməkdaşlıq edirik. Belə ki, “Azərkosmos” və “Star.Vision” şirkəti iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin öyrənilməsinə yönəlmiş birgə tədqiqat layihəsinin həyata keçirilməsinə başlayıblar. Monitorinq zamanı şirkətimiz Azərbaycanda iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zolağının dayazlaşmasına təsirini aşkar edir. Bu, nisbətən uzunmüddətli – 1994-cü ildən 2024-cü ilə qədərki müqayisədir. SİA-nın məlumatına görə, bu barədə Çinin “Star.Vision Aerospace Group Limited” şirkətinin nümayəndəsi Brüs Vey Bakıda keçirilən “STC2025” kosmik texnologiya konfransı çərçivəsində açıqlama verərkən deyib. “Beləliklə, biz 30 il ərzində Xəzərin sahil zolağında baş verən dəyişikliklərin monitorinqini…
Daha çoxƏqli Mülkiyyət Agentliyi MDB-də Azərbaycanı səlahiyyətli qurum kimi təmsil edəcək
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycanın səlahiyyətli qurumu müəyyən edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bu səlahiyyət Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə verilib.
Daha çoxOkeanoqraflar həyəcanverici hadisə barədə xəbərdarlıq edirlər…
Gulf Stream sürətlə yavaşlayır… …Buna səbəb Atlantik okeanında okean axınlarının unikal quruluşu və suyun sıxlığıdır. SİA-nın məlumatına görə, yeni elmi araşdırmalar göstərib ki, okean dövriyyəsi sistemi, o cümlədən Gulf Stream, görünməmiş aşağı səviyyəyə düşüb. Əldə edilən məlumatlara görə, bu sistemin fəaliyyəti son min il ərzində minimum dəyərlərinə qədər zəifləyib. “Nature Geoscience” jurnalı xəbər verir ki, buna səbəb Atlantik cərəyanlarının unikal strukturu və bu zonada suyun sıxlığıdır. İqlim dəyişikliyi, öz növbəsində, buzlaqların sürətlə əriməsini stimullaşdırır ki, bu da suyun həcminin artmasına səbəb olur. Bu, okeanın yuxarı…
Daha çox