Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir

“Ukrayna üçün Avropa İttifaqına (Aİ) qoşulmaq hələ tezdir”. SİA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Sabahın xeyir, Macarıstan” televiziya proqramında çıxışında deyib. Onun sözlərinə görə, Brüssel Ukraynanı israrla ümumavropa dövlətlər ailəsinə sürükləmək istəyir. “Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa Parlamentində bildirib ki, Ukraynanı 2030-cu ilə qədər Aİ-də görmək istəyir. Bu, artıq bizim qapımızın zənginin çalındığı deməkdir. Ola bilsin ki, 20, 30, 40 ildən sonra Ukrayna qoşulmaq üçün həqiqətən də lazım olan şərtləri yerinə yetirə biləcək və eyni zamanda da Macarıstanın iqtisadiyyatını məhv etməyəcək. Lakin…

Daha çox

Səudiyyə Ərəbistanının “Əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Səudiyyə Ərəbistanının nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri barədə məqalə dərc edilib. SİA xəbər verir ki, “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur” sərlövhəli məqalədə Çin lideri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, bu görüşdə səsləndirdiyi bəyanatları və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat və digər əməkdaşlıq sənədləri barədə yazılır. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu, çoxtərəfli ticarət sisteminə zərər…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 25-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və…

Daha çox

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib…

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gəlib. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq. 18:41 Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gəlib. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat…

Daha çox

Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub

“Tagesschau”: Azərbaycan – Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb.…

Daha çox

ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Rusiya və ABŞ Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən söyləyib. Y. Uşakovun sözlərinə görə, söhbət üç saat davam edib, konstruktiv və faydalı xarakter daşıyıb və təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin daha da yaxınlaşmasına imkan yaradıb. “Ukrayna böhranına gəlincə, söhbət əsasən Rusiya Federasiyası və Ukrayna nümayəndələri…

Daha çox

İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı. ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi. Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində…

Daha çox

Media Jirinovskinin daha bir “peyğəmbərliyini” xatırladır…

O vaxt o, Hindistan və Pakistan arasında nüvə münaqişəsi ilə bağlı da danışmışdı… …Uzunmüddətli perspektivdə ekspert proqnozları ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovski hələ 20 il bundan əvvəl Hindistan və Pakistan arasında mümkün nüvə münaqişəsi barədə xəbərdarlıq etmişdi. SİA-nın məlumatına görə, bunu “Voennoye Delo” teleqram kanalı yazır. Deməli, hələ o vaxt LDPR lideri qeyd edib ki, 200 milyondan çox insan Hind-Pakistan müharibəsinin qurbanı ola bilər və bu, Qərbin son məqsədi Çin və Rusiyanı zəiflətmək olan qlobal xüsusi əməliyyatın bir hissəsi kimi düşünülüb. Bir çoxları Jirinovskinin…

Daha çox

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar. Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər. Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların…

Daha çox