Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 16 faizi, yəni, ölən hər altı nəfərdən biri velosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatını itirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tez qəzaların qurbanı olurlar. SİA xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatında qeyd edilib. Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükə avtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığı velosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalar nəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobil sürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192…
Daha çoxDay: April 26, 2025
Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var
Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3800 şəxs var. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların…
Daha çoxÇinin yeni səfiri Ermənistana gedib
Çinin Ermənistandakı yeni səfiri Li Sinvey İrəvana gedib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i Çin səfirliyinə istinadən məlumat yayıb. Diplomatik missiyadan bildirilib ki, Pekin İrəvanla münasibətləri dərinləşdirmək və Ermənistan-Çin əməkdaşlığını genişləndirmək niyyətindədir. Qeyd edək ki, Çinin Ermənistanda təxminən 9 ay səfiri olmayıb. Çinin əvvəlki səfiri Fan Yun 2024-cü il iyulun 11-də missiyasını başa vurub.
Daha çoxDəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata…
Daha çoxDünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 66,87 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar artaraq 63,02 dollar təşkil edib.
Daha çoxBƏM Ermənistanın erməniəsilli şəxslərlə rəftarla bağlı əsassız iddialarını rədd edib
Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi aprelin 25-də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə…
Daha çoxHindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur. İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.
Daha çoxAxtarışda olan 75 nəfər saxlanılıb
Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Daha çoxDünya bazarında qızılın ucuzlaşması davam edir
Dünya bazarında qızılın ucuzlaşması davam edir
Daha çoxƏdalət Məhkəməsinin qərarı Ermənistanın tələblərinin nəticə verməyəcəyini nümayiş etdirir
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 25 aprel 2025-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın…
Daha çox