Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər: “Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları…
Daha çoxDay: April 26, 2025
“Çin bazarında daha çox payımızın olmasını istəyirik”
Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik”, – deyə o qeyd edib. Dövlət başçısı Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi barədə də danışıb və deyib ki, Azərbaycan üçün bu təşəbbüs yalnız tranzit marşrutu deyil: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki coğrafi mövqeyimiz əlverişlidir,…
Daha çoxİranda limanda partlayış olub
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. SİA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib. Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil. Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.
Daha çoxBeynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. SİA xəbər verir ki, qonaqlara ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti barədə məlumat verilib. Qeyd edilib ki, ərazidə metal qırıntıları çox olduğu üçün seçilən sahələr kiçik beldən istifadə etməklə, yəni əllə qazma üsulu ilə təmizlənir.
Daha çoxAzərbaycan Prezidenti Çin Sədri ilə münasibətlərindən danışıb
Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə münasibətlərindən danışıb. SİA xəbər verir ki, Azərbaycan Prezidenti Si Cinpinlə çox mehriban münasibətləri olduğunu vurğulayıb. “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox…
Daha çoxTramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb. Daha əvvəl xarici KİV Donald Trampın Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlamazdan əvvəl Vladimir Zelenski ilə qısa görüş keçirdiyi barədə məlumat yaymışdı.
Daha çoxXəzər rayonunda Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Gülşən Paşayeva, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı…
Daha çoxAzərbaycan qarğıdalı idxalını 19%-ə yaxın artırıb
Bu ilin I rübündə Azərbaycana 36 024 ton qarğıdalı idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 965 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 701 ton (18,8 %), dəyər baxımından isə 393 min ABŞ dolları (3,7 %) çoxdur. Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
Daha çox“Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var”
Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. “Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha…
Daha çoxGürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq
Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi həm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburi olacaq. SİA xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze məlumat verib. Onun sözlərinə görə, bu qərar 2025-ci ilin sentyabrında qüvvəyə minəcək. Nazir deyib ki, kompüter texnologiyası 10-cu sinfə qədər şagirdlər üçün icbari fənn olacaq. Son iki ildə – 11 və 12-ci siniflərdə fənnin dərindən öyrənilməsi seçmə xarakter daşıyacaq. Məktəblər bunun üçün lazım olan bütün kompüter avadanlığı ilə mərhələli şəkildə təmin olunacaq. Nazir əlavə edib ki, bu tədris ilində Gürcüstanda 100-ə…
Daha çox