Ukrayna Rusiyanın Kursk vilayəti ilə bağlı bəyanatını təkzib edib

Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı davam etdirir. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. “Rusiya Federasiyasının Kursk vilayətinin müəyyən ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin müdafiə əməliyyatı davam edir. Əməliyyat vəziyyəti ağırdır, lakin bölmələrimiz müəyyən mövqeləri tutmaqda və verilən tapşırıqları yerinə yetirməkdə davam edir”, – məlumatda bildirilib.

Daha çox

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

“McDonalds” şirkəti Rusiyada “McDonalds” ticarət nişanını qeydiyyatdan keçirmək üçün “Rospatent”ə müraciət edib. SİA xəbər verir ki, ərizə 2024-cü ilin dekabrında verilib, 2025-ci ilin aprelində isə baxılmaq üçün qəbul edilib. Sənəddə qeyd olunur ki, şirkət əmtəə nişanından içki və qida məhsullarının istehsalı və satışı, o cümlədən fast-food, restoran xidmətləri və qida və içkilərin çatdırılması üçün istifadə etməyi planlaşdırır. Əmtəə nişanının qeydiyyatı “McDonalds”ın Rusiya bazarında brenddən istifadə hüququnu qanuni şəkildə rəsmiləşdirmək istəyini nümayiş etdirir. Bu, şirkətin Rusiyadakı mümkün fəaliyyətinin bərpası istiqamətində ilk addımdır. Faktiki olaraq restoranların açılışı və ya yeni obyektlərinin tikintisi…

Daha çox

Azərbaycan düyü idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Bu ilin I rübündə Azərbaycana 17 min 558 ton düyü idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 min ABŞ dolları (15,6 %) azdır. Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Daha çox

“5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq”

Azərbaycanın imzaladığı və icra fazasında olan müqavilələr 2030-cu ilə qədər 6 500 meqavat bərpaolunan enerji verəcək. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün…

Daha çox

İranın daxili işlər naziri ölkənin cənubunda partlayış baş verən əraziyə uçub

İranın daxili işlər naziri İskəndər Momeni ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış yerinə uçub. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Onun sözlərinə görə, İ.Momeni hadisənin başvermə şəraitinin aydınlaşdırılmasında şəxsən iştirak edəcək. Məlumata görə, o, hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyata rəhbərlik edəcək. Bəndər Abbas şəhərində qanköçürmə mərkəzi təcili qan toplanması ilə bağlı çağırış edib.

Daha çox

BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Agroficient” komandası 25 min avro məbləğində investisiya əldə edib. SİA xəbər verir ki, BANM-dən bildirilib ki, komanda “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyasının final mərhələsinə keçib. Onlar neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Huseynli və Malik Sultanovdur. Komandanın elmi rəhbəri isə İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir. 1500-dən çox startapın qatıldığı akselerasiyada 30 startap seçilib və komanda da onlardan biridir.

Daha çox

Azərbaycan və Çin münasibətləri daha yüksək səviyyəyə qaldırılır

Azərbaycan və Çin münasibətləri daha yüksək səviyyəyə qaldırılır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, hazırda iki ölkə arasında əlaqələr əladır: “Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı”.…

Daha çox

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər: “Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları…

Daha çox

“Çin bazarında daha çox payımızın olmasını istəyirik”

Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik”, – deyə o qeyd edib. Dövlət başçısı Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi barədə də danışıb və deyib ki, Azərbaycan üçün bu təşəbbüs yalnız tranzit marşrutu deyil: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki coğrafi mövqeyimiz əlverişlidir,…

Daha çox

İranda limanda partlayış olub

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. SİA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib. Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil. Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.

Daha çox