Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb. SİA xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Daha çoxDay: April 26, 2025
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”
Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib. “Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla…
Daha çoxİranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb. SİA TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib. “İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb”, – o qeyd edib. Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
Daha çoxAzərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırıb
Bu ilin I rübündə Azərbaycana 7 685 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağın dəyəri 53 milyon 721 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 268 ton (41,8 %), dəyər baxımından isə 25 milyon 515 min ABŞ dolları (90,4 %) çoxdur. Hesabat dövründə süddən hazırlanmış yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkil edib.
Daha çoxİlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq yaşanıb
Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə aparıcı ilə maraqlı dialoq yaşanıb. SİA həmin dialoqu təqdim edir: – Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var. – Bilirəm nəyi nəzərdə tutursunuz. – Bayaqdan ona baxıram. Sizin şərəfinizə. – Sizin şərəfinizə. – Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram. – Doğrudan? – Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm. – Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması,…
Daha çoxZelenski və Tramp 15 dəqiqə danışıblar, danışıqları davam etdirməyə razılaşıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər. “Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər”, – S.Nikiforov bildirib. O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.
Daha çoxSabah Azərbaycanda 29 dərəcə isti olacaq
Azərbaycanda aprelin 27-də 29 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 %…
Daha çox“Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik”
Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb. “Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır”, – deyə dövlət başçısı qeyd edib. Prezident proaktiv olmağa, yəni öncədən tədbir görməyə davam etməyin vacibliyin də vurğulayıb: “Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən…
Daha çoxPutinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi barədə məruzə edilib
Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatı başa çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatının başa çatması barədə məruzə edib.
Daha çoxAZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev 26 aprel Dünya Pilotlar Günü ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik. Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik. Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram! AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik”.
Daha çox