Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı davam etdirir. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Rusiya Federasiyasının Kursk vilayətinin müəyyən ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin müdafiə əməliyyatı davam edir. Əməliyyat vəziyyəti ağırdır, lakin bölmələrimiz müəyyən mövqeləri tutmaqda və verilən tapşırıqları yerinə yetirməkdə davam edir”, – məlumatda bildirilib.