FHN əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.SİA xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bununla yanaşı, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə MT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə İspaniyada “BMT Sivilizasiyalar Alyansı”nın və “Dinlər Sülh Uğrunda Hərəkat”ın “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa hörmət üçün çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Allahşükür Paşazadə ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb.

QMİ-nin sədri bildirib ki, dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyi Azərbaycanın dünyada sülh və birgə yaşamaq amallarına xidmət etdiyini göstərir: “Beynəlxalq hüquq normaları, BMT-nin məlum qətnamələri çərçivəsində hərbi təcavüzə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan 30 il ərzində müharibə cinayətlərinə, işğal, soyqırımı, vandalizm, urbisid, ekosid və kultursidə məruz qalmışdı. Bu gün Azərbaycan dövləti azad olunmuş ərazilərdə mədəni-mənəvi irsimizi dirçəldir, azad olunmuş torpaqlarımıza yeni həyat verir, dinc quruculuq işləri və bölgədə real sülh işi ilə məşğul olur”.

Aprelin 26-da Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə anım tədbirinin keçirilməsinin də məqsədi də sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir. Allahşükür Paşazadə çıxışında mühüm məqamlara toxunub.

Sonra QMİ-nin sədri BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria ilə birlikdə Gernika qurbanlarının xatirəsinə rəsmi əklilqoyma mərasimində iştirak edib.

Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdə isə dini mərkəzlə BMT qurumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Allahşükür Paşazadə Gernika-Lumo meri Xose Mari Qorrono, yerli hökümət rəsmiləri, Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria, hərəkatın həmsədri – Bosniya-Hersoqovina Müsəlman icmasının başçısı, Sarayevo Müftisi Nedjad Grabus ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb.

Əlaqəli Xəbərlər