Mask Zelenskini diktator adlandırdı


Amerikalı milyarder və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin diktatorun istənilən dürüst standartlarına uyğun gəldiyini bildirib. SİA xəbər verir ki, o, sözügedən yazıda Zelenskinin demokratik təsisatların, o cümlədən azad mətbuatın fəaliyyətinin dayandırılmasının Rusiya təcavüzünə qarşı zəruri müharibə zamanı tədbir olduğu iddiasına istinad edib. Nəşrin müəllifi onu da qeyd edib ki, Ukrayna lideri məhkəmə qərarı olmadan Kiyevi tənqid edən telekanalları bağlamağa başlayıb və bunu Rusiya ilə genişmiqyaslı münaqişədən bir il əvvəl edib. “İstənilən vicdanla, o, dərslikdəki diktator tərifinə uyğun gəlir – fərqli düşüncələri sağ qalmaq naminə deyil, yoxlanılmayan hakimiyyətin arxasınca yatıran biri”, – postda deyilir. Mask bu girişi öz səhifəsində təkrar yayımlayıb, lakin heç bir əlavə şərh verməyib.

Əlaqəli Xəbərlər