Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Sia-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun…
Daha çoxDay: April 27, 2025
Azərbaycan XİN Cənubi Afrikanı təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi Azadlıq Günü münasibətilə Cənubi Afrika Respublikasını (CAR) təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. “Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edirik!”, – təbrik mətnində qeyd olunub. Qeyd edək ki, CAR-ın aparteid rejiminin süqutu və yeni dövrün başlanğıcını simvolizə edən Azadlıq Günü CAR-da 27 aprel tarixində qeyd olunur. 1994-cü ilin bu günündə ilk dəfə ümumi seçkilər keçirilib və bütün vətəndaşlar, irqindən asılı olmayaraq, səs vermək hüququndan istifadə ediblər. Bayram Cənubi Afrikanın bərabərlik, insan hüquqları və sosial ədalət sahəsindəki…
Daha çoxŞəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb. SİA xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb. Bundan əvvəl ölü sayı 25 nəfər təşkil edirdi.
Daha çoxİlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib. SİA xəbər verir ki, məktubda qeyd olunub: “Hörmətli cənab Prezidenti, Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.
Daha çox7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.
Daha çoxAzərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Matamela Siril Ramafozanı təbrik edib. SİA xəbər verir ki, məktubda qeyd olunub: “Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə…
Daha çoxBakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…
Daha çoxİranda 3 günlük MATƏM
İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib. SİA-ın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb. Qeyd edək ki, son məlumata əsasən, İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
Daha çoxBakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, önvədən hərəkət istiqamətlərinəmuyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur. Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.
Daha çoxÇin nüvə enerjisi sahəsində dünya lideri olub
Çin ABŞ və Fransanı keçərək nüvə enerjisi baxımından yeni dünya lideri olub. SİA xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının hesabatında qeyd olunub. “Hazırda Çində ümumi quraşdırılmış gücü 113 milyon kilovat olan 102 nüvə enerji bloku istismar olunur, tikilir və ya tikintisinə icazə verilir. Nüvə enerjisinin miqyasına görə Çin ilk dəfə olaraq dünyada birinci yeri tutub”, – sənəddə deyilir. Ayrı-ayrılıqda vurğulanır ki, Çin artıq 18 ildir tikilməkdə olan nüvə aqreqatlarının gücünə görə liderdir. Hazırda ölkədə ümumi quraşdırılmış gücü 33,65 milyon kilovat olan 28 belə enerji bloku tikilir. Eyni…
Daha çox