Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb. COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya…
Daha çoxDay: April 27, 2025
Kanadada avtomobil kütlənin üzərinə sürülüb, ölənlər var
Kanadada avtomobil kütlənin üzərinə sürülüb. SİA-nın xəbərinə görə, hadisə Vankuverdə qeydə alınıb. Vankuver polisi festival keçirilən küçədə avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin və yaralananların olduğu barədə məlumat yayıb. Avtomobilin sürücüsü saxlanılıb.
Daha çoxAzərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib. SİA-nın xəbərinə görə, bu barədə XİN X-da paylaşım edib. “İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”, – deyə paylaşımda bildirilib.
Daha çoxMahmud Abbas xələfini seçib
Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib. SİA-nın xəbərinə görə, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub. Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi. Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.
Daha çoxBəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran…
Daha çoxPrezidentin Çinə səfəri tərəfdaşlığın dərinləşməsinə xidmət edir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətləri, istər iki tərəfli, istər beynəlxalq əməkdaşlıq, gələcək perspektivlər və s. məsələlərlə bağlı Azərbaycan dövlət başçısının yanaşmaları və mövqeyi dünya ictimaiyyətinə açıqlanıb. Müsahibəsində ilk növbədə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə toxunan və imzalanan bu Bəyannaməni tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, imzalanan bəyannamə əməkdaşlığı gələcəkdə də genişləndirməyi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirəməyi, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyi,…
Daha çoxUşaqlığımızın aktrisası vəfat etdi
Rusiyalı aktrisa Svetlana Xarlap vəfat edib. SİA xəbər verir ki, aktrisa 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, S.Xarlap Rusiyanın məşhur “Spokoynoy noçi, malışı!” verilişində “Xryuşa”, “Stepaşka” və “Karkuşa” obrazlarını səsləndirib.
Daha çoxMask Zelenskini diktator adlandırdı
Amerikalı milyarder və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin diktatorun istənilən dürüst standartlarına uyğun gəldiyini bildirib. SİA xəbər verir ki, o, sözügedən yazıda Zelenskinin demokratik təsisatların, o cümlədən azad mətbuatın fəaliyyətinin dayandırılmasının Rusiya təcavüzünə qarşı zəruri müharibə zamanı tədbir olduğu iddiasına istinad edib. Nəşrin müəllifi onu da qeyd edib ki, Ukrayna lideri məhkəmə qərarı olmadan Kiyevi tənqid edən telekanalları bağlamağa başlayıb və bunu Rusiya ilə genişmiqyaslı münaqişədən bir il əvvəl edib. “İstənilən vicdanla, o, dərslikdəki diktator tərifinə uyğun gəlir – fərqli…
Daha çoxKöpəkbalığı təcavüzü haqqında mif təkzib edildi..?
…Bütün köpək balığı dişləmələri ovla əlaqəli deyil – bəziləri özünü qoruma instinktinin təzahürü ola bilər. SİA xəbər verir ki, bu, Frontiers in Conservation Science jurnalında öz işlərini dərc edən beynəlxalq tədqiqat qrupunun alimlərinin gəldiyi nəticədir. Polineziyadakı hücumları və Global Shark Attack Files (Qlobal Köpəkbalığı Hücum Fayllarının) məlumatlarını təhlil etdikdən sonra mütəxəssislər bütün köpəkbalığı dişləmələrinin təxminən 5 faizinin yırtıcının təhlükə kimi qəbul etdiyi insan hərəkətlərinə cavab ola biləcəyini təklif ediblər. Bu, heyvana toxunmaq, onu sahilə çəkmək və ya məsələn, zıpkınla sualtı ovlamaq cəhdi ola bilər. Bu dişləmələr ümumiyyətlə ölümcül deyil, ağrılı…
Daha çoxKreml elitası iki düşərgəyə bölünüb..?
Putini nəyə razı salmağa çalışırlar..? …Vladimir Putin və Donald Tramp arasında potensial yaxınlaşma Çini narahat edir. Axı bu, onun iqtisadi maraqlarına və qlobal əhəmiyyətinə təsir edə bilər. Əslində bu Kreml elitasını da narahat edir..? İndi Pekin üçün kontekst dəyişib. SİA-nın məlumatına görə, politoloq Vladimir Fesenkonun Kanal 24-ə qeyd edib ki, Si Cinpin artıq müharibənin həllində vasitəçiliyini təklif etmir, bu isə Vladimir Putinin yaxın ətrafı üçün tamamilə uyğun deyil. Çinin müharibədə rolu nədir? Çin danışıqlar prosesini tam unutmayıb; onu müşahidə edir və hər iki tərəfə formal…
Daha çox