Bunu Harvardın keçmiş professoru Rut Vays iddia edir… …Harvard Universitetində son illərdə baş verən ideoloji və siyasi dəyişikliklər hörmətli qurumu radikal sol, eləcə də İslam ideyalarının platformasına çevirib, burada ənənəvi Amerika dəyərləri məhv edilir və antisemitizm anti-İsrail ritorikası adı altında çiçəklənir. SİA-nın məlumatına görə, “The Wall Street Journal”da dərc olunan məqalənin müəllifi, 1993-2014-cü illərdə Harvardda dərs deyən Rut Vaysın fikrincə, hökumətin universitetə qarşı təhdidləri onun dərin kök salmış mədəniyyətini dəyişməyəcək. Vays qeyd edir ki, digər fakültə üzvləri və universitet məzunları bu fikirlə razılaşırlar. Məqalədə iddia edilir…
Daha çoxDay: April 27, 2025
Bəs deyirdiniz, “atadan-anadan yar şirin olur”..?
Bəs deyirdiniz, “atadan-anadan yar şirin olur”..?
Daha çoxBəşəriyyət üçün əsas təhlükənin adı açıqlanıb…
…Müasir tədqiqatlar göstərib ki, bəşəriyyət üçün əsas təhlükə hərbi münaqişələr və ya epidemiyalar deyil, ekoloji problemlərdir. Alimlər müəyyən ediblər ki, ətraf mühitin çirklənməsi hər il bütün müharibələr, xəstəliklər və narkotiklərin birləşdiyindən daha çox insan alır. SİA-nın məlumatına görə, ekspertlər qeyd edirlər ki, insanlar ənənəvi olaraq terrordan, hərbi əməliyyatlardan və təbii fəlakətlərdən qorxurlar, lakin əsl təhlükə ətraf mühitin gündəlik çirklənməsidir. …Egzoz qazları ilə doymuş hava zərərli hissəciklərin qan dövranına daxil olmasına gətirib çıxarır. Səs-küy və işıq çirklənməsi milyonlarla insanın sağlamlığına xələl gətirən xroniki yuxu pozuntularına səbəb olur. Qlobal istiləşmənin ürək-damar sisteminə…
Daha çoxİranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisədə 8 nəfər həlak olub, 750 nəfər xəsarət alıb.
Daha çoxFələstinin yeni vitse-prezidenti o oldu
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi Hüseyn əl-Şeyxin Fələstin Muxtariyyəti vitse-prezidenti təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə FAT İcraiyyə Komitəsindən məlumat verilib. “Biz Hüseyn Şəhadə Məhəmməd əl-Şeyxin Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti təyin edilməsinə razılıq vermək qərarına gəldik”, – deyə məlumatda bildirilir. İcraiyyə komitəsi əlavə edib ki , bu qərar Fələstin Mərkəzi Şurasının Ramallahda keçirilən 32 – ci sessiyası zamanı qəbul edilmiş qətnamə əsasında qəbul edilib. Tədbir ötən il aprelin 24-də baş tutub və həmin tədbirdə Fələstin Azadlıq Təşkilatının İcraiyyə…
Daha çoxVatikanda 9 günlük matəm elan edildi
Papa Fransiskin dəfnindən sonra Vatikanda 9 günlük matəm elan edilib. SİA xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb. Nəşrin məlumatına görə, bu müddət ərzində pontifikin xatirəsinə yas mərasimləri keçiriləcək. Onlar bütün dindarlar üçün açıqdır, lakin hər gün yeni bir dini qrupun iştirak edəcəyi gözlənilir. Bundan sonra Papa Fransiskin varisini seçmək üçün konklav başlayacaq. Dəfn mərasimi aprelin 26-da Müqəddəs Pyotr Bazilikasının qarşısındakı meydanda keçirilib. Liturgiyaya 91 yaşlı kardinal Covanni Battista Re rəhbərlik edib. Papanın vəsiyyətinə əsasən, o, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. Vatikandan bildirilib ki, vida…
Daha çoxKülək güclənəcək – Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib. Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər,…
Daha çoxVatikan Zelenskiyə görə diplomatik protokolu pozdu
Vatikan diplomatik protokolu pozaraq, Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransisin vida mərasimində ABŞ və Fransa liderlərinin yanında ön sıraya yerləşdirib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qərar sürpriz olub, çünki ənənəvi olaraq belə tədbirlərdə oturacaq yerləri fransız dilində ölkələrin adlarının əlifba sırası ilə müəyyən edilir. Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində Ukrayna lideri və birinci xanımı Olena Zelenska Hindistan Prezidenti Draupadi Murmu və Macarıstan prezidenti Tamaş Szujokun yanında əyləşib.
Daha çoxPartlayışın səbəbi hələlik açıqlanmayıb…
…İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb. SİA-nın məlumatına görə, “Tasnim” hökumətin məlumatlarına istinadən xəbər verir ki, təxribat iddiaları hələ ki, təsdiqini tapmayıb. Bu arada İran dövlət televiziyası partlayışın enerji infrastrukturuna və ya enerji obyektlərinə dəyən ziyan nəticəsində baş verməsi ehtimalını istisna edib. Dünya mediası xəbər verir ki, İranda, xüsusilə beynəlxalq sanksiyalara görə ehtiyat hissələri əldə etməkdə çətinlik çəkən köhnə neft obyektlərində vaxtaşırı sənaye qəzaları baş verir. …AP agentliyinin aydınlaşdırdığı kimi, İran limanında baş verən partlayış Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında Omanda danışıqların üçüncü raundu…
Daha çoxMaraqlıdır, görən, rusların itkiləri nə qədər olub?
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində döyüşlər zamanı ümumi itkilərini açıqlayıb. Kursk vilayətindəki döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 76,5 mindən çox döyüşçü təşkil edib. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib. …Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 76 550-dən çox hərbçi, 412 tank, 341 piyada döyüş maşını və 314 zirehli transportyorunu itirib, – deyə idarədən bildirilib. Müdafiə Nazirliyi Kursk vilayətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 2,2 min digər zirehli döyüş maşınının, həmçinin 647…
Daha çox