ABŞ hökuməti tərəfindən əksər ölkələrdən idxala gömrük rüsumlarının tətbiqi dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradır. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin addımları praktik olaraq bütün dünyaya təzyiq göstərmək üçün rüsumlardan istifadə etmək deməkdir ki, bu da dünya ticarəti üçün ciddi risklər yaradır.