ABŞ Yəmənin Səna şəhərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, aviazərbələr nəticəsində 8 nəfər ölüb. Ölənlər arasında qadın və uşaqlar da var. Daha bir neçə nəfərin yaralandığı qeyd edilir.