İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Daha çoxDay: April 28, 2025
Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır
“Nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür. Hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, əmək münasibətlərində rəqəmsal texnologiyaların…
Daha çoxKriptovalyuta bazarının son göstəriciləri
Aprelin 28-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.20% bahalaşaraq 94 105 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.08% azalaraq 1794ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 5.23%, BNB isə 0.94% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çox“Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik”
“Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik. Birinci istiqamət ondan ibarətdir ki, siyasi nöqteyi-nəzərdən Azərbaycan-Çin arasında 2024-cü ilin iyul ayından etibarən strateji tərəfdaşlığa aid bəyannamə imzalanıb. Bununla da Azərbaycan və Çin arasındakı münasibətlər strateji zəminə çatıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, ikinci bir istiqamət Çin və Azərbaycan arasındakı iqtisadi münasibətlər və iqtisadi tərəfdaşlıqdır: “Məlumdur ki, Çin iqtisadi imkanlarına görə dünya iqtisadiyyatına liderlik edən ölkələrdəndir. Geniş iqtisadi potensiala malikdir. Dünyaya texnologiya ixrac edir. Bu baxımdan Azərbaycanla Çinin arasında əlavə iqtisadi münasibətlər, iqtisadi tərəfdaşlıqla bağlı…
Daha çoxRamin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək. SİA xəbər verir ki, Dini Komitənin sədri Özbəkistanın Dini İşlər Komitəsinin sədri Sodik Toşboyevin dəvəti ilə Səmərqəndə gedəcək. Bildirilib ki, Özbəkistanın paytaxtındakı “Maturidilik – tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar. Konfransda Maturidiyyə təlimində ümumbəşəri dəyərlərin, tolerantlıq və mötədilliyin təfsiri, həmçinin bu ideyaların 21-ci əsrdə aktuallığı barədə müzakirələr aparılacaq. Beynəlxalq konfrans aprelin 29-30-da baş tutacaq.
Daha çoxƏmtəə bazarlarında qızılın qiyməti yenidən 3 300 dolları ötüb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,28% artaraq 3 307,5 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,61% azalaraq 33,13 ABŞ dollarına bərabər olub.
Daha çoxAzərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq
“Azərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq”. SİA xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib: “Əminik ki, bu strategiyanın həyata keçirilməsi ölkəmizi süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlərdən birinə çevirəcək”.
Daha çoxAzərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Daha çoxİnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək
Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun…
Daha çoxMüəssisə və təşkilatlarda aşkar edilən pozuntuların 85 %-i aradan qaldırılıb
Azərbaycanda 2024-cü il ərzində texniki əmək müfəttişləri tərəfindən yoxlama aparılan müəssisə və təşkilatlarda aşkar edilmiş 1 454 pozuntunun 85 %-i aradan qaldırılıb. SİA xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 436 müəssisə və təşkilatda yoxlamalar aparılıb: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşısında duran əsas vəzifələrdən biri iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradırılması, işçilərin bədbəxt hadisələrlə qarşılaşmaması üçün öncədən lazımi tədbirlərin həyata keçirilməsi ilə ictimai nəzarətin təmin edilməsidir. Bununla əlaqədar…
Daha çox