Azərbaycanın bu il aprelin 1-nə 5 milyard 67,0 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 %-i elə dollarda olub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, borcun tərkibində avro 6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,5 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,6 % paya malik olub. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib. Xarici dövlət borcunun 49,9 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5…
Daha çoxDay: April 28, 2025
“Zərifə xanım hər zaman ideal xanım
“Azərbaycan qadını tarixin bütün dönəmlərində öz yüksək keyfiyyətləri ilə seçilib, təqdir olunub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bütün bu keyfiyyətlər içərisində ən üstün məqam isə qadınlarımızın cəmiyyət, insanlıq üçün faydalı olmasındadır: “Bu mənada tam əminliklə demək olar ki, akademik Zərifə xanım Əliyeva tək Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir. Tarixdə iz qoymuş yenilikçi həkim kimi şəxsiyyətində işıq daşıyan Zərifə xanım eyni zamanda alim olaraq özünü dünya tibbi üçün təsdiqləyərək mütərəqqi Azərbaycan qadınının bəşəri obrazını nümayiş etdirməyi bacardı. Zərifə xanım oftalmologiya…
Daha çoxBƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq
Bu il BƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib. O qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 Konvensiyasını və 1 Protokolunu ratifikasiya etməklə MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biridir: “Hazırda BƏT-lə əməkdaşlıq çərçivəsində üçüncü Layiqli Əmək üzrə Ölkə Proqramının layihəsi hazırlanır və bu il sənədin…
Daha çox“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyədək 18 minə yaxın yük avtomobili daşınıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zərifə Əliyeva” gəmi-bərəsi ilə istismara verildiyi 2022-ci ildən bu il aprelin 1-dək 17 908 yük avtomobili daşınıb. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Bu müddət ərzində bu gəmi-bərə ilə 337 vaqon, 2 094 minik avtomobili və 16 970 sərnişin daşınıb. Qeyd edək ki, bu gün “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür. Gəmi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyır və onun doğum günü – 2022-ci il aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. https://youtu.be/t06w0jSEDCw
Daha çoxQlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışırıq
Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib. “Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək…
Daha çoxTurizmin beşiyi olan tarixi kəndlər
Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. SİA xəbər verir ki, son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz artıb. Dünya turizmçiləri hesab edir ki, hələ də Türkiyədə kəşf edilməyən cənnətə bənzəyən çoxsaylı ərazilər mövcuddur. Sözsüz Türkiyə təbii gözəllikləri ilə zəngindir. Həm də Türkiyədə tarixi özündə yaşadan, turistlərin vazkeçilməz istirahət və gəzinti yeri olan kəndlər var. Bu kəndləri adətən bir nağıl kəndi də adlandırırlar. Bu yazımızda Türkiyənin ən gəzməli və görməli yerləri ilə sizi tanış edəcəyik. Birgi Köyü – İzmir Dünya Turizm Təşkilatının “2022-ci ilin…
Daha çoxMüflisləşməyə dair anonim qərarlar Vahid Məhkəmə Portalında yerləşdirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib. SİA bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür. Qərarlarla linkə keçid edərək tanış olmaq olar. “Biznesin müflisləşməsi” İşçi qrupuna Ədliyyə Nazirliyi rəhbərlik edir.
Daha çoxAzərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır
Azərbaycan ardıcıl olaraq Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.
Daha çox“Hər kəsin eyni saatlarda yemək yeməsi tibbi baxımdan doğru deyil”
“Bu gün cəmiyyət arasında geniş yayılan “gündə mütləq 3 dəfə yemək lazımdır” fikri çox vaxt standart bir yanaşma kimi qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. O bildirib ki, qidalanma hər bir insan üçün fərdi və çevik şəkildə tənzimlənməli bir prosesdir: “Hər kəsin eyni qrafikdə, eyni miqdarda və eyni saatlarda yemək yeməsi tibbi baxımdan doğru deyil. Əvvəla, insan orqanizmi metabolizma sürəti, fiziki aktivlik səviyyəsi, sağlamlıq durumu (xüsusilə insulin dirənci, hormonal problemlər, bağırsaq pozuntuları və s.) və hətta psixoloji vəziyyətə görə fərqli ehtiyaclara sahibdir.…
Daha çoxErmənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
Daha çox