Bu gün Ümumdünya Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikası Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransda Azərbaycan Respublikası əməl və əhali sosial müdaifə naziri Anar Əliyev çıxış edib. Çıxışında bir sıra məsələlərə aydınlıq gətirib. Həmçinin tədbirdə mövzu ilə əlaqədar bir çox videoçarxlar nümayiş edilib.
Daha çoxDay: April 28, 2025
Nyu-York birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,09% artaraq 3,148 ABŞ dolları təşkil edib.
Daha çoxDünya bazarlarında neftin qiyməti artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 66,1 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,52% artaraq 63,35 ABŞ dollarına bərabər olub.
Daha çoxİlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Daha çox“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib!
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Go Camp” Piknik layihəsinin növbəti istiqaməti Naxçıvan Muxtar Respublikasında baş tutub. SİA xəbər verir ki, könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə ay ərzində fəallıq göstərən Azərbaycan Könüllüləri Naxçıvan Muxtar Respublikasının Zəngəzur Milli Parkının Batabat ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər. Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub. Qeyd…
Daha çoxKOBİA-nın sədrinə yeni I müavin təyin edilib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinə yeni I müavin təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Samir Hümbətova həvalə olunub. O, indiyə qədər sədrin müavini olub və I müavin postunda bir qədər əvvəl Maliyyə Nazirliyinin aparat rəhbəri təyin edilmiş Natiq Həsənovu əvəz edib.
Daha çoxAzərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir
Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladıqları müraciətdə qeyd olunub. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb: “Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz…
Daha çoxBəzi çaylarda sululuq artıb
Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.
Daha çoxDanimarka fondu Azərbaycanla aqrar əməkdaşlığı genişləndirmək istəyir
Danimarka İxrac və İnvestisiya Fondu Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir müavini Sarvan Cəfərov Fondun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. O, qonaqlara ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb. İşğaldan azad…
Daha çoxİNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verib
İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. SİA xəbər verir ki, qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı…
Daha çox