“Prezidentin vurğuladığı mövqelər əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir”

“Çin ilə Azərbaycan ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq niyyətindədirlər. Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat sektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ölkələrimiz arasında münaibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Prezident qeyd edib ki, biz Heydər Əliyevin yolunu davam etdiririk. Azərbaycanın xarici siyasətində Çin xüsusi yeri var. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan…

Daha çox

“Şirkətlər tərəfindən öyrənilsin və daha dəqiq və daha çevik şəkildə qiymət verilsin”

“Süni intellekt vasitəsi ilə avtomobillərini qəzalı vəziyyətdə göstərərək sığorta şirkətlərini aldadılması ilə bağlı sosial şəbəkələrdə çıxan xəbərlər əlbəttə ki, məni bir vətəndaş olaraq çox məyus edir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, süni intellekt adətən insanların köməyinə gələn bir texniki vasitədir: “Doğurdanda süni intellekt vasitəsilə insanların aldadılması və yaxud ziyan çəkməsi çox təəssüfləndirici faktlar siyahısına daxil edərdim. Bunun qarşısını almaq üçün insanlar və dövlət qurumları bu sahədə xüsusən daha məsuliyyətli davranmalıdırlar. Digər bir məsələ isə xüsusən bu kimi hallar və digər formada olan…

Daha çox

İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq

İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı İranda baş verən partlayışa da diqqət çəkərək qonşu ölkəyə bir daha başsağlığı verib: “Allah xalqlarımızı bu bəlalardan qorusun və həmişə bölgəmizdə sülh olsun”.

Daha çox

Tramp Kanadaya 51-ci ştat olmaq çağırışını təkrarlayıb

“Amerika artıq Kanadaya keçmişdə olduğu kimi yüz milyardlarla dollar yardım verə bilməz”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən seçkilərlə bağlı deyib. Tramp qeyd edib ki, Kanada 51-ci ştat olmasa, edilən yardımlar mənasızdır. ABŞ Prezidenti Kanada xalqını rüsumları iki dəfə azaltmağa, hərbi gücü yüksək səviyyəyə çatdırmağa gücü çatacaq adamı seçməyə çağırıb. O, həmçinin Kanada 51-ci ştat olarsa, 4 qat artıq tarif və vergisiz avtomobil, meşə, alüminium, tikinti, energetika və digər bizneslərə malik olacaqlarının vədini verib. “Artıq uzun illər əvvəldən süni şəkildə çəkilmiş…

Daha çox

“Hər bir meyvə-tərəvəz öz mövsümünə görə kodlaşdırılıb”

İstixana şəraitində və açıq təbiətdə yetişdirilən meyvələrin oxşar və fərqli cəhətləri, eləcə də insan orqanizminə xeyri və zərəri nələrdir? SİA mövzu ilə əlaqədar ekspertlərin fikirlərini öyrənib. Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Təbiətin öz mövsümündə yetişdirdiyi meyvə və tərəvəzlər insan orqaniziminə daha faydalıdır və daha çox lazımdır. Çünki hər bir meyvə və tərəvəz öz mövsümünə görə kodlaşdırılıb. Məsələn, heyva qış meyvəsidir. Heyvanın bronxlara və öskürəyə faydası çoxdur. Nəzərə alsaq ki, insanlar qışda daha çox xəstələnirlər. İstixanalar məcburiyyət qarşısında olmalıdır. Çünki insanlar artıq meqopolis həyata öyrəşiblər. Hazırda əkinçilik kəndlərdə o qədər…

Daha çox

Donald Trampın 100-cü gününə

Bu həftə Donald Trampın prezidentliyinin 100 günüdür. Aprelin 27-də Ağ Ev rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini istisna etməyib. Bu arada Kreml Ukrayna ətrafında sülh yolu ilə nizamlanma üzrə məsləhətləşmələrin davam etdiyini təsdiqləyib. Bununla belə, danışıqlar yalnız diskret formatda aparılmalıdır. Hələlik nailiyyətlər azdır, lakin nikbinlik üçün hələ də əsas var. Donald Tramp və Vladimir Zelenski Vatikandakı Müqəddəs Pyotr Bazilikasının əzəmətli interyeri fonunda stullarda oturaraq qısa görüş keçiriblər. Onlar 15 dəqiqə tərcüməçisiz üzbəüz ünsiyyət qurublar. Dünya diplomatiyasında olduqca qeyri-adi bir hal. Ukrayna prezidenti söhbəti…

Daha çox

Cənubi Koreyada güclü meşə yanğınlarına görə sakinlər təxliyə ediliblər

Aprelin 28-də Cənubi Koreyanın Tequ şəhərində güclü külək meşə yanğınına səbəb olub. Yanğın təhlükəsinə görə ərazidəki magistral yol bağlanıb. Bundan sonra 1200-dən çox sakin ərazidən təxliyə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, meşə yanğını saat gündüz vaxtı başlayıb və iki saat davam edib. Yanğın 50 hektara yaxın ərazini əhatə edib. Paytaxt Seuldan təqribən 233 km cənub-şərqdə yerləşən Tequ bölgəsində baş verən yanğın nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilmir. “Reuters” xəbər verir ki, Koreya Meşə Xidməti hadisə yerinə 26 helikopter və 202 yanğınsöndürən göndərildiyini bildirib.

Daha çox

“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər. Konfrans iştirakçıları “Gülüstan” sarayının foyesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uşaqlar arasında keçirilən “Əməyin mühafizəsi” və “Ekologiya mənim fırçamda” rəsm müsabiqələrinin qaliblərinin əsərlərindən ibarət…

Daha çox

Məsud Pezeşkian Azərbaycan Prezidentinə təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə İran-Azərbaycan münasibətləri və regionla bağlı uzaqgörən baxışlarına görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, iki ölkə çox sayda ortaq maraqlara malikdir: “Biz əlaqələrimizi daha da inkişaf etdirməyə səy göstərəcəyik. Çünki iki ölkənin əlaqələrindən inkişaf üçün istifadə edə bilərik”.

Daha çox

Sabah hava şəraiti yenidən kəskinləşəcək?

“Aprelin 28-də ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: “Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Aprelin 29-u gündüz və 30-da hava şəraiti dəyişəcək buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi 29-u səhər mülayimləşəcək. 30-da mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti davam…

Daha çox