Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. SİA xəbər verir ki, mayın 1-də keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına…

Daha çox

Bir neçə milyard avroya qənaət etmək üçün iş yerləri ləğv olunacaq

İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdə birini birləşdiriəcəyini və ya ləğv ediləcəyini bildirib. Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəkləri üçün narahat olduğunu vurğulayıb. Ümumi Əmək Konfederasiyası (CGT)…

Daha çox

Biz elektronlaşdırmanın işçi sağlamlığına və təhlükəsizliyinə təsirini dəstəkləyirik

“Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü iş birliyi, uzun illərə dayanan dostluqları hər sahədə olduğu kimi, iş sağlığı və təhlükəsizliyi sahəsində də önəmli işlər görülüb”. SİA xəbər verir ki, bunu Türkiyə Respublikasının Əmək və Sosial müdafiə naziri Vedat İşıqhan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, dünyamız hər sahədə olduğu kimi işçilik sahəsindədə dəyişim dövründədir: “Süni zəka və elektronlaşdırma sadəcə istehsal sahəsində deyil, eyni zamanda işçinin sağlamlığı və təhlükəsizliyi sahəsində dəyişməkdədir. Biz cənab Rəcəb Tayyib Ərdoğanın başçılığı…

Daha çox

İran parlamentinin deputatı: Azərbaycan mühüm qonşu dövlətdir

İran ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir. İki ölkə arasında neft yataqları sahəsində və strateji səviyyədə əməkdaşlıq üçün yaradılan işçi qrupu fəaliyyətini davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (Parlament) Enerji komitəsi sədrinin müavini Ramazan Əli Sangdevni İRNA xəbər agentliyinə verdiyi açıqlamada deyib. O bildirib ki, dünya iqtisadiyyatında enerjinin əhəmiyyətli rolunu nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq əlaqələrini artırmaq perspektivdə hər iki dövlətin inkişafına mühüm təsir göstərə bilər. İran parlamentinin deputatı deyib: “İran azərbaycanlı sərmayədarları həvəsləndirib ölkəyə cəlb…

Daha çox

“Məsud Pezeşkianın Azərbaycana səfəri çox müsbət hadisədir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri təbii ki, çox müsbət hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib. Elşad Məmmədli sözlərinə belə davam edib: “Bildiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə, daha sonra geniş tərkibdə görüşləri olub. Bu səfər və görüşlərdən sonra Azərbaycan-İran münasibətlərində yeni bir səhifənin açılacağını söyləyə bilərik. Məsələyə daha geniş prizmadan yanaşmalıyıq: Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bir neçə gün sonra Pezeşkianın Azərbaycana səfər etməsi qlobal layihələrlə bağlı yeni bir mərhələnin…

Daha çox

“İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq”

“Bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən, ailələrin sosial rifahını möhkəmləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır”. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb: “İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq. Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxır. Buradakı məsələlər kollektiv müqavilələrdə də…

Daha çox

ABŞ-nin tətbiq etdiyi idxal rüsumları dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradıb

ABŞ hökuməti tərəfindən əksər ölkələrdən idxala gömrük rüsumlarının tətbiqi dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradır. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ-nin addımları praktik olaraq bütün dünyaya təzyiq göstərmək üçün rüsumlardan istifadə etmək deməkdir ki, bu da dünya ticarəti üçün ciddi risklər yaradır.

Daha çox

ABŞ Trampın Putindən qorxmasından danışıb…

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə daha sıx əlaqələr qurmağa çalışır. SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş direktoru Fiona Hill deyib. …Tramp Putini təkrarlayır. O, ona yaxınlaşmaq istəyir. Bunu Trampın keçmiş müşaviri deyib. Bundan əvvəl Ağ Evin keçmiş kommunikasiya direktoru Entoni Skaramuççi bildirib ki, prezident Tramp Putindən qorxur. O, həmçinin vurğulayıb ki, Amerika prezidenti nə Kanadanın keçmiş baş naziri Castin Trüdoya, nə də İngiltərənin indiki baş naziri Keir Starmerə qarşı belə ehtiyatlı davranmayıb. …Martın 18-də Hill bildirib ki, Putin…

Daha çox

Azərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi

“Ölkələr qarşısında duran əsas vəzifələrdən biri insan resurslarının sözügedən transformasiyaya hazırlığını təmin etmək, əhalinin rəqəmsal savadlılığını artırmaq, yeni bacarıqların formalaşdırılması üçün davamlı təhsil və ixtisasartırma imkanlarını genişləndirməkdir. Rəqabətli insan kapitalının formalaşdırılmasının növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetindən biri olmasını əsas tutaraq, Azərbaycanda da bu istiqamətdə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılmaqda, təşəbbüslər həyata keçirilməkdədir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı…

Daha çox

Hansı hallarda neftin qiymətinin düşməsi manata təsir edir?

“Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin manata təsirini qiymətləndirmək üçün burada qiymətin nə qədər aşağı düşməsini və hansı müddət ərzində bu enişin davam etməsini mütləq qeyd etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin düşməsinin manata təsir etməsi üçün ən azı bu proses 4-5 ay davam etməlidir: “Həmçinin neftin qiyməti 40 dollar və onun ətrafında aşağı düşməlidir ki, artıq bunun manata təsirləri qaçılmazdır deyə bilək. Amma neftin qiymətinin 60 dollara qədər enməsi, hətta 50 dollara yaxınlaşması, bununla yanaşı bu halın 1…

Daha çox