Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib. SİA xəbər verir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının bir il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib. Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.
Daha çoxDay: April 28, 2025
Dünən “qayıdır” yazmışdıq, bu gün təzələyirik: “qayıtmayacaq”!?.
…Deməli, SİA olaraq ötən gün rus nəşrlərinin yazdığına istinadən “McDonald’s”-un guya Rusiyaya qayıtmaq üçün minnətçi düşdükləri barədə balaca bir yazı vermişdik… …Amma Amerikanın “McDonald’s” fast food restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa etməyi planlaşdırmır. …Bizim mövqeyimiz aydındır və dəyişməz olaraq qalır. Bu, korporasiya X-də Ukrayna bölməsinin səhifəsində dərc olunan bəyanatda deyilir. …Bir gün əvvəl məlum olub ki, şirkət Rusiyada ticarət nişanlarını qeydiyyata almaq üçün ərizə verib. Bu da, onun geri dönüşü üçün zəmin hazırladığına dair şayiələrə səbəb oldu. “McDonald’s” izah edib ki, onlar sadəcə olaraq markanın icazəsiz şəxslər tərəfindən istifadə edilməsinin…
Daha çox“Fərdi məlumatların təhlükəsizliyinə dair tələblər pozulur, şikayətlər var”
“”Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görüləcək tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqi əsas hədəflərdən biri kimi müəyyən edilib”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu sahədə müəyyən çətinliklərə artıq rast gəlinir və fərdi məlumatların təhlükəsizliyinə dair tələblərin pozulması halları ilə bağlı Ombudsmana şikayətlər…
Daha çoxBakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək
İyunun 17-19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Sürətlə dəyişən mühitdə uyğunlaşan və çevik vergi administrasiyası” mövzusunda təşkil ediləcək tədbirdə vergi administrasiyalarının müasir çağırışlara vaxtında cavab vermək üçün istifadə edə biləcəyi innovativ yanaşmalar və alətlər diqqət mərkəzində olacaq, innovasiyaların təcrübədə tətbiqi, vergi inzibatçılığında çevik metodlar və alətlər barədə təqdimatlar nümayiş etdiriləcək. Tədbir çərçivəsində vergi administrasiyalarına daha sürətli uyğunlaşma, konstruktiv qərarların qəbulu, innovasiyaların təşviqi, səriştələrin artırılması və işçi qüvvəsinin planlaşdırılmasını optimallaşdırmağa imkan verən…
Daha çox“Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir”
“Azərbaycan–Çin münasibətlərinin bugünkü yüksək mərhələyə çatmasında Ulu Öndərimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Dövlətimizin rəhbəri cənab İlham Əliyev Çinin CGTN telekanalına verdiyi müsahibəsində Ümummilli Liderimizin xidmətlərini yüksək qiymətləndirərək bildirmişdir ki, iki ölkə arasında münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var. O, prezident olanda ilk səfərlərdən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir”. Bu sözləri SİA-ya verdiyi müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, Ulu Öndərimizin əsasını qoyduğu dostluq və əməkdaşlıq əlaqələri bu…
Daha çoxAğ Ev Trampın Ukrayna münaqişəsinə münasibətini açıqlayıb
…ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nikbin yanaşır. SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit brifinqdə bildirib. Rəsmi bildirib ki, Tramp “razılaşmaya nail ola biləcəyinə dair optimistdir, lakin o, həm də realistdir”. Əli Babayev
Daha çox“Hər uşağa fərdi yanaşılmalıdır”
“Bağçanın uşaqların həyatında önəmi çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, uşaq yeni insanlarla salamlaşmağı, oynamağı, oyuncaqlarını paylaşmağı öyrənir. Təlim və tərbiyə birlikdə aparılır. Tərbiyəçi yeni gələn uşağa necə davranmalıdır? Hər uşağa fərdi yanaşılmalıdır. Çünki hər uşağın sinir sisteminin tipi, xarakterik xüsusiyyətləri, adaptasiya müddəti fərqlidir. Elə uşaqlar var ki, çox qısa zamanda bağçaya alışır, hətta valideyni onu evə aparmağa gələndə uşaq evinə getmək belə istəmir. Lakin elə uşaqlar da olur ki, xüsusən də, anadan və ya nənədən başqa heç kimlə zaman…
Daha çoxBirbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi. 30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı. Layihə ilə bağlı fikirlərini bölüşən Kapital…
Daha çoxKallasın və Aİ-nin “dərdini” çəkən HAYLARIN “AĞIR” DƏRDİ
Kaya Kallasın Azərbaycanla bağlı mövqeyi və ələlxüsus da ölkəmizlə bağlı dedikləri hayların boğazına ərimiş qurğuşun kimi tökülüb, deyə bilərik, çünki həmin sözləri qətiyyən uda bilmirlər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında söylədiklərini ermənilər özlərinə çöx ağır dərd, “Kallas”al bəla hesab ediblər. Kaya Kallasın ədalətli yanaşmasını haylar öz başlarına düşən daş hesab ediblər… Haylar hay salıblar ki, bəs Kaya Kallas öz fikirləri ilə, əslində, Avropa İttifaqı üçün neftin və qazın Aİ-nin…
Daha çoxNövbəti köç karvanı Xocalı şəhərinə çatıb
Səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qayıdıb. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. Qeyd edək ki, köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı…
Daha çox