Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığın fəal inkişafına ümid edir. SİA xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey bu gün keçirdiyi mətbuat konfransında bildirib. Diplomatın sözlərinə görə, təmiz enerji sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik münasibətlərdə mühüm yer tutur. “Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığın fəal inkişafına, iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə, həmçinin birlikdə təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına ümid edir”, – səfir qeyd edib. O vurğulayıb ki, iki ölkənin “yaşıl inkişaf” konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür və…
Daha çoxDay: April 28, 2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının…
Daha çoxBursada istehsal olunan 10 avtomobildən 6-sı xaricə göndərilib
OYAK Renault və TOFAŞ fabriklərinin yerləşdiyi Bursada ilin ilk 3 ayında gündəlik istehsal edilən 1206 avtomobildən 731-i ixrac edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, avtomobil İstehsalçıları Dərnəyinin (OSD) məlumatlarından toplanan məlumata görə, bu ilin ilk rübündə Türkiyədə 220 min 927 avtomobil və traktor olmaqla 352 min 299 avtomobil istehsal edilib. İstehsal edilən 352 299 avtomobildən 257 212-si, yəni 73 faizi xaricə satılıb. Avtomobil sektorunda istehsal olunan 220 927 ədəd nəqliyyat vasitəsinin 149 843 ədədi ixrac edilib. Avtomobillərdə ən yüksək istehsal 90.245 ədədlə Bursada fəaliyyət göstərən OYAK Renault tərəfindən…
Daha çoxNümayəndə heyəti Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Aprelin 24-25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin dəvəti ilə “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib. SİA xəbər verir ki, 15-dən çox ölkədən hüquqşünas alimlərin, vəkillərin iştirak etdiyi beynəlxalq tədbirə Kollegiyanın sədri Anar Bağırovla yanaşı, ARVK Vəkillərin İxtisas Komissiyasının sədri professor Turqay Hüseynov və ARVK Aparat rəhbərinin müavini Səttar Məmmədov da qatılıb. Konqresin açılış mərasimində Dokuz Eylül Universitetinin dekanı, professor Mehmet Refik Korkusuz çıxış edərək iştirakçıları salamlayıb,…
Daha çoxSəhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib
Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 102 il keçir. Səhiyyə Nazirliyinin rəhbərliyi bu münasibətlə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb. Həmçinin görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər qoyulub. Akademik Zərifə xanım Əliyevanın…
Daha çoxDayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı Qrupu arasında dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ səfəri çərçivəsində Dünya Bankı Qrupunun prezidenti Acay Banqa ilə görüşdə iştirak edib. Görüşə Dünya Bankına daxil olan təşkilatların, eləcə də Azərbaycanın da təmsil olunduğu Seçki Qrupuna üzv ölkələrin mərkəzi bankları və maliyyə nazirliklərinin rəhbər şəxsləri qatılıb. Qlobal maliyyə gündəminin mühüm mövzularının müzakirə olunduğu bu görüşdə regional tərəşdaşlığın möhkəmləndirilməsinin və dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Cənab Banqa innovativ texnologiyaların,…
Daha çox“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var”
“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var. Xocalının vaxtı ilə işğal edilməsi və insanlığa tam zidd olan vəhşiliyin həyata keçirilməsi Azərbaycana ağır bir yara vurmuşdur. Lakin illər sonra Xocalının azad olunması Xocalı qurbanlarının xatirəsinə, ruhuna ən böyük hədiyyə olunmaqla bərabər, tariximizin önəmli bir səhifəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Xocalı sakinlərinin öz yurdlarına qayıtmaqları və yenidən orada məskunlaşmaları Azərbaycan tarixinin əhəmiyyətli səhifəsidir: “Bu bir daha Ermənistana və bütün dünyaya bir mesajdır ki, Xocalıya qarşı nə qədər ağır cinayət törədilmiş…
Daha çoxDSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Krallığın “Pan Finance” beynəlxalq maliyyə və biznes analizi platformasının “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qaliblər sırasına daxil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Fond müsabiqənin “Avrasiya regionu üzrə 2025-ci ilin Pensiya Xidmətləri İnnovatoru” ali mükafatına və Avrasiya regionu üzrə Sosial İnklüzivlik və Rəqəmsal Rifah sahəsində Mükəmməllik Mükafatına layiq görülüb. Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, İsveçrə, Braziliya, Səudiyyə Ərəbistanı, BƏƏ, Birləşmiş Krallıq və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları,…
Daha çoxAzərbaycan və Macarıstan yeraltı suların xəritələşdirilməsini müzakirə edib
Azərbaycan və Macarıstan arasında yeraltı suların xəritələşdirilməsi müzakirə edilib. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu gün qurumun tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, “Geogold Karpatia” şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər. Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi, bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair…
Daha çox“Azərbaycan heç zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib”
“Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyanın necə olacaqına çox ciddi təsir göstərir. Dövlətimiz qonşu ölkə ilə münasibətlərini hər zaman mehriban qonşuluq münasibətində qurulmasına çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib: “Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram.…
Daha çox