Dövlət Xidmətinin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. SİA xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun xatirəsi hər zaman hörmətlə anılacaq.

Daha çox

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında məlumat verib. Onun sözlərinə görə, bu gün tək platforma yaradılmır, həm də qlobal hərəkat təsis edilir. R.İsgəndərli xatırladıb ki, COP29-dan qaynaqlanan bu idea bərabərlik üçün vuruşan insanları bir araya gətirir: “Düşündük ki, Qlobal Cənub QHT Platformasını yaratmağın vaxtı çatıb. Bura toplaşmağımızın məqsədi sükunətə son vermək, qlobal arenada səsimizi duyurmaqdır. Qlobal Cənub Platforması eyni dini, çətinlikləri olan insanları birləşdirir, sıx əməkdaşlığa və birlikdə…

Daha çox

Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, nazir Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə…

Daha çox

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə SİA-ya MN-dən məlumat verilib. Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib. Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək…

Daha çox

Əmək Məcəlləsinə dəyişikliklər ediləcək

Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib. O bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür: “Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə, əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı…

Daha çox

Mikro-sığorta və Yeni Biznes Modelləri

“Blockchain — məlumatların dəyişdirilməsi mümkün olmayan bir sıra bloklarda təhlükəsiz şəkildə saxlanıldığı paylanmış (distributed) və təhlükəsiz (secure) verilənlər bazası texnologiyasıdır. Əsas xüsusiyyətləri bunlardır. Mərkəzsizləşdirilmişdir – yəni bir mərkəzi serverə bağlı deyil, bir çox kompüterdə (node-da) saxlanılır. Şəffafdır – istənilən iştirakçı (məhdudiyyətlərdən asılı olaraq) əməliyyatları görə bilər. Dəyişdirilə bilməzdir – bloklar bir-birinə zəncir kimi bağlıdır və əvvəldən yazılan məlumatlar dəyişdirilə bilməz. Təhlükəsizdir – şifrələmə texnologiyaları istifadə olunur. Məşhur istifadə sahələrinə Bitcoin və digər kriptovalyutalar daxildir, amma blockchain bundan çox daha geniş sahələrdə, o cümlədən sığorta sahəsində istifadə oluna bilər”. Bu sözləri…

Daha çox

Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb

Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxdığından bəzi məsələlər kollektiv müqavilələrdə də öz əksini tapmalıdır. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb: “İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalı, işçiləri rəqəmsal mühitə hazırlamalıyıq. İnsanların “smart kənd”də yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Orada yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının…

Daha çox

Təmizlik vasitələri necə istehsal olunur?

Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib. SİA xəbər verir ki, görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib. 2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və…

Daha çox

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox