Azərbaycan aprelin 25-26-da Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, agentliyin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib. İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib. Səfər çərçivəsində…
Daha çoxDay: April 28, 2025
Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi ilə bağlı tədbirlər gücləndirilib
“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilmişdir: “Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon…
Daha çoxStrateji tərəfdaşlıq: Azərbaycan-Çin əməkdaşlığı güclənir
Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərdir ki, davam edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məlumdur ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin sentyabrın 3-də isə Azərbaycan RespublikasınınMilli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Əlbəttə ki, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfəri iki ölkə arasında münasibətlərin təməlini təşkil…
Daha çoxParkinqdə əlillər üçün ayrılmış yerlərdə maşın saxlayanları nə gözləyir?
“Keçən il əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılıb və cəza tədbirləri sərtləşdirilib. Cəriməsi əgər 10 manat idisə, indiki vəziyyətdə bu cərimə 60 manat nəzərdə tutulub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əlillər üçün ayrılmış park yerlərində qanunsuz parklama halında sürücüyə cərimə tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Onun sözlərinə görə, zərurət yarandıqda, nəqliyyat vasitəsi evakuasiya edilə bilər. Bu cəza həm hüquqi məsuliyyət, həm də ictimai məsuliyyət baxımından önəmlidir. Sadəcə sərt nəzarət…
Daha çoxADB Azərbaycanın regional enerji-ticarət mərkəzinə çevrilməsinə kömək edəcək
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında enerji və nəqliyyat ticarəti üzrə strateji regional mərkəzə çevrilməsi üçün ölkə ilə əməkdaşlıq edəcək. SİA ADB-nin hesabatına istinadən xəbər verir ki, bankın 2025-2029-cu illər üçün tərəfdaşlıq strategiyası Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Bank yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və innovativ həllərin tətbiqi sahəsində özəl sektora dəstəyi davam etdirəcək. “Bu, qeyri-dövlət sektoru üçün yeni maliyyə məhsullarının təklif edilməsini və mikro, kiçik və orta müəssisələrin dəstəklənməsini əhatə edəcək. İnklüziv artımı təşviq etmək üçün ADB səylərini regionların inkişafına və qadınlar…
Daha çoxİlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb
İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb
Daha çoxYığıcılıq pozuntusu və ya “Plyuşkin xəstəliyi”
“Kompulsiv yığıcılıq xəstəliyi, yığıcılıq pozuntusu və ya digər adıyla dispozofobiya insanın gələcəkdə işə yarayacağını düşündüyü üçün əşyanın dəyəridən asılı olmayaraq, hətta istifadə olunmayan əşyaları belə əldən çıxarmamasıdır. Yığıcılıq pozuntusu zamanı atılmayan və yığılan əşyalarda uyğunsuzluq vardır. Yığılan əşyalar köhnə qəzet, plastik əşyalar, geyimlər, torbalar və hətta qırıq əşyalar kimi müxtəlif şeylərdən ibarətdir. Bu insanlarda sahib olduqları əşyalara qarşı həddindən çox bağlılıq olur və buna görə başqalarının bu əşyalara toxunmasına, icazəsiz götürməsinə aqressiv reaksiya göstərirlər. Bütün əşyaları lazımlı olaraq qəbul edirlər. Bu əşyalara görə yaşadıqları yerlər daralır və onların həyat fəaliyyətlərinə…
Daha çoxQubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıb. Bu barədə SİA-ya Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü: “Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə Agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”. A. Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil…
Daha çoxPrezidentin iqlim məsələləri üzrə nümayəndəsi çağırış edib
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev dünya ölkələri və təşkilatlarını Qlobal Cənubu dəstəkləməyə çağırıb. SİA xəbər verir ki, o, bununla bağlı aprelin 28-də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışında bildirib. “Qlobal Cənub QHT Platformasına üzv təşkilatları və digər ölkələri birliyə çağırıram. Çünki deyilən hər fikir və ideya bu dəqiqə bizim üçün böyük önəm daşıyır”, – M.Babayev qeyd edib. Prezidentin nümayəndəsi xatırladıb ki, COP29 dövründə əsas məqsədlərdən biri dəstəyə ehtiyacı olan ölkələrə maliyyə proqramının razılaşdırılması idi: “Bu dövrdə iqlim dəyişiklikləri çağırışlarında QHT-lər, yerli təşkilatlar, gənclər təşkilatları bizimlə…
Daha çox97 mindən çox ailə üçün kiçik bizneslər yaradılıb
“Ölkəmizdə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, habelə “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində 1,6 milyon şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb olunmuş, 721 mindən artıq işsiz…
Daha çox