Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib


Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib. SİA xəbər verir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.

Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının bir il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.

Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.

Əlaqəli Xəbərlər