“Aprelin 28-də ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: “Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Aprelin 29-u gündüz və 30-da hava şəraiti dəyişəcək buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi 29-u səhər mülayimləşəcək. 30-da mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək, şimşək çaxacaq. Yeni yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. 29-u gündüz yağıntılar tədricən kəsiləcək. 30-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 14-18, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti olacaq”.
Müəllif: Günel Fərzəliyeva