Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib 28/04/2025 Qafqaz Xəbər Türkiyənin Elazığ şəhərində zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar Sivrice rayonunda 4,9 maqnitudada olub. Zəlzələ Malatya şəhərində də hiss olunub. Dağıntı qeydə alınmayıb.